Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30

-

Qubad İbadoğlu Müsavat Partiyasından çıxarılması ilə bağlı bəyanat yayıb. O, Divanı «vədinə xilaf çıxmaqda, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəcədən verdiyi razılığı son anda pozmaqda» ittiham edir.

Onun qənaətincə, «saxta rəhbərlik, qondarma Divan üzvləri» «saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxduqları» üçün belə davranıblar:

«Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən «divantutma»nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım.Amma nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!
Mən xeyli əvvəldən bu sifarişin nominal başqanın yox, real başqanın verdiyini bilirdim».

Qubad İbadoğlu baş verənləri repressiya adlandırır və sonda tərəfdaşlarına müraciət edir:

«Biz Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb!».​

«NİZAMNAMƏNİ POZUB»

Fevralın 6-da Müsavat Partiyasının Divanı partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric olunması ilə bağlı qərar çıxarıb. Bu haqda AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Divan Qubad İbadoğlunun partiyanın sonuncu qurultayından sonrakı fəaliyyətini müzakirə etdikdən sonra bu qərarı verib.

Qərarda qeyd olunur ki o, partiya nizamnaməsini kobud surətdə pozub.

Qubad İbadoğlunun da başqanlığa namizəd olduğu Müsavat Partiyasının son qurultayından sonra partiyanın daxilində mübahisələr yaranmışdı. O, Partiya Divanının üzvü idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG