Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Müsavatdakı yeni hərəkat partiya olacaqmı?


Vurğun Əyyub
Vurğun Əyyub

-

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları «Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatının yaradılması ilə bağlı bəyannamə yayıblar.

Bəyannaməni imzalayanlardan biri Vurğun Əyyub AzadlıqRadiosuna deyib ki, yeni hərəkat başqan seçkisindən sonra baş verən narazılıqların nəticəsi olmasa da, bu hadisələrə bağlılığını inkar etmir:

«Partiyada demokratik dəyərlərə sadiqlik yolundan sapmalar gözə çarpır. Partiyanın yeni rəhbərliyi isə bu iradları diqqətə almır».

Vurğun Əyyub onu da əlavə edir ki, hərəkata təkcə müsavatçılar yox, müxtəlif siyasi partiya üzvləri, hətta bitərəflər də qoşula bilər. Onun dediyinə görə, hərəkat Müsavat Partiyasından «haqsız yerə çıxarılan müsavatçıları» da bir araya gətirəcək.

«Azərbaycanda son illərdə REAL Hərəkatı təcrübəsi var. Hərəkat kimi yaranıb sonradan özlərini siyasi partiya elan etdilər. ADR-in də belə bir məqsədi varmı» sualının cavabında Vurğun Əyyub bildirir ki, indidən proqnoz vermək mümkün deyil:

«Ölkədə gedən proseslər, siyasi qüvvələr arasında olan münasibətlər, partiya daxilində demokratik idarəetmə kimi amillər var. Bunları nəzərə almadan gələcək üçün proqnoz vermək çətindir».

Hərəkatın yaradılması ilə bağlı bəyannaməni imzalayanlar arasında Adil Qeybulla, İbrahim İbrahimli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG