Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Müsavatın qarşısında rəhbərliyə etiraz piketi


Müsavat qərargahı qarşısında piket - 6 may 2015

Müsavat qərargahı qarşısında piket - 6 may 2015

-

Mayın 6-da bir qrup müsavatçı partiya qərargahı qarşısında toplaşaraq piket keçiriblər. Onlar partiyanın indiki başqanı Arif Hacılının istefasını və növbədənkənar qurultayın keçirilməsini tələb edirlər. Bununla bağlı qətnaməni partiya rəhbərliyinə təqdim ediblər.

Bu haqda AzadlıqRadiosuna Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli danışıb. Onun dediyinə görə, qətnamədəki tələblər nəzərə alınmasa, partiya içində bəzi üzvlərin sıxışdırılması, onlara qarşı repressiya dayandırılması, bu cür etiraz aksiyaları müntəzəm xarakter alacaq.

Partiya rəhbərliyindən heç kim etirazçıları dinləməyib.

Müsavat başqanı Arif Hacılıya və onun müavinlərinə dəfələrlə zəng vursaq da, piketdə səsləndirilən tələblərə münasibət öyrənə bilmədik.

Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə «facebook» səhifəsində yazıb:

«Müsavata qarşı olanların «Sərbəst toplaşmaq azadlığı» toxunulmazdır... Hakimiyyətin bütün telekanalizasiyaları da burda... Özlərini tam ifşa edib bitirdilər...».

Mayın 3-də uzun illər partiyada ikinci şəxs olan Vurğun Əyyub partiyadan çıxarılıb. Bundan öncəsə başqanlığa namizədlərdən biri Qubad İbadoğlu partiyadan uzaqlaşdırılmışdı.

Son qərardan sonra etiraz olaraq partiyadan çıxanlar var.

Qubad İbadoğlu da, Vurğun Əyyub da Müsavatın son qurultayından sonra formalaşan Müsavat rəhbərliyini qeyri-legitim sayır, xüsusən də başqan seçimlərində saxtakarlığa yol verildiyini bildirirlər. Buna görə də növbədənkənar qurultay keçirilməsini istəyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG