Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:29

Putin Kosovo presedentini diqqətlə izləyəcəyini deyir


Putinin ünvanına 2 milyona yaxın sual və şikayət daxil olub
Putinin ünvanına 2 milyona yaxın sual və şikayət daxil olub

Oktyabrın 25-də prezident Vladimir Putin canlı tele-radio efirində rusiyalıların suallarına cavab verib. Putinin xalqla bu cür ünsiyyətə girməsi artıq ənənə halını alıb. Sayca 5-ci olan sual-cavab sessiyası zamanı Putinin ünvanına 2 milyona yaxın sual və şikayət daxil olub. Putin Rusiyanın daxili və xarici siyasəti barədə danışıb, beynəlxalq məsələlərə münasibət bildirib. O, Rusiya-Gürcüstan münasibətlərinə, qanunsuz mühacirlərin Rusiyadan çıxarılmasına, Abxaziya və Cənubi Osetiya münaqişəsinə də toxunub. Putin bir daha vuğulayıb ki, Kosovonun mümkün müstəqilliyi digər münaqişələr üçün presedent yarada bilər.


Dünən buna oxşar xəbərdarlığı Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Xaviyer Solana da vermişdi.



Sayca 5-ci olan sual-cavab sessiyası zamanı Putinin ünvanına 2 milyona yaxın sual və şikayət daxil olub
Rusiya prezidentinin canlı efirdə vətəndaşların suallarına verdiyi cavablardan biri bu olub: «Bizə öz torpaqlarımız bəsdir. Amma Abxaziyada qan tökülməsinə imkan verə bilmərik». Telefon, internet, «sms» və telekörpü yolu ilə vətəndaşların verdiyi milyonlarla suallar arasından seçmələri canlı yayımda cavablandıran Rusiya prezidenti bu sözləri deyən vaxt Gürcüstan tərəfi Abxaziyada silahların işə düşməsi barədə xəbər yayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Abxaziya tərəfdən atılmış mərmi nazirin səfərə çıxdığı əraziyə düşüb. Bəyanata görə, separatçı Abxaziya regionunun Gürcüstanın nəzarətində olan hissəsinə səfərə çıxan Vano Merabişvili və onu müşayiət edən şəxslər tərəfə ağır silahlardan atəş açılıb. Yaralanan olmayıb. Nazirlik bəyanatında bunu bölgədə gərginliyi artırmağa yönəlmiş fitnəkarlıq adlandırıb.


Rusiya prezidenti Putin isə hələ bu insident xəbəri gəlmədən belə Gürcüstanı bölgəni hərbiləşdirməyə çalışmaqda və separatçı regionlar problemini güclə həll etməyə çalışmaqda günahlandırırdı. Rusiyanın öz ərazilərini separatçı regionlar hesabına genişləndirmək istəyi barədə deyilənləri təkzib edən Putin eyni zamanda Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllində Gürcüstanın ərazi bütövlüyü prinsipinə tərəfdar olduğunu desə də Kosovonun statusunun necə həll olunmasının bu mövqeni dəyişəcəyinə də işarə edib: «Beynəlxalq hüquqda bəzi ziddiyyətlər var. Bir tərəfdən ərazi bütövlüyünün qorunmasının zəruriliyi prinsipindən danışılır. Və Rusiya yəqin ki, həm Gürcüstanla bağlı, həm də başqa ölkələrlə bağlı bu prinsipi dəstəkləyir. Beynəlxalq hüquqda belə bir anlayış da var. Xalqların öz müqəddəratını təyin etmək hüququ. Buna görə, həmin ziddiyyətlərə baxmayaraq biz vəziyyətdən çıxış yolu axtarmalıyıq. Əlbəttə biz beynəlxalq presedentləri, o cümlədən Kosovo presedentini diqqətlə izləyəcəyik».


Putin Moskvada canlı yayımda bu çıxışı edərkən Avropa parlamentarları Strasburqda əvvəlcədən planlaşdırdıqları müzakirəyə gedirdilər. Müzakirə predmeti Cənubi Osetiya və Dnestryanı münaqişələr olsa da, birinciyə daha çox önəm verilir.


Avropa siyasətçiləri Kosovonun müstəqil olacağı halda Rusiyanın bundan bir kart kimi istifadə edəcəyindən ehtiyatlanırlar. Bu yaxınlarda Avropa Birliyinin Xarici Siyasət rəhbəri Xavyer Solana demişdi ki, Kosovo müstəqil olarsa bu Cənubi Osetiya və Abxaziya üçün bir presedent də yarada bilər.


Rusiya prezidenti Vladimir Putin çıxışında ötəri olaraq Gürcüstanın tarixinə də toxunub. Onun sözlərinə görə, Gürcüstan xalqı Rusiya İmperiyasına könüllü qəbul olarkən onun ərazisi olmayıb.


Beləliklə, keçmiş sovet məkanındakı donmuş münaqişələrlə, Kosovonun statusunun bir əlaqəsi ola bilərmi? Kosovoya müstəqillik verilməsinin mümkünlüyü haqda BMT xətti ilə danışıqlar aparılır. Keçmiş Yuqoslaviyada Kosovonun ayrıca statusu vardı. Onun təmsilçiləri Yuqoslaviya kollektiv sədarətində əyləşirdilər və Yuqoslaviya Kommunist Liqasının yüksək pilləsində yer tuturdular. Keçmiş Sovet İttifaqının muxtar qurumlarının belə bir statusu yox idi və onlar yalnız respublikaların hakimiyyətində təmsil olunurdular.


Kosovo albanları müstəqillik tələb edərkən bir də ona əsaslanırlar ki, 1974-cü il Serbiya və Yuqoslaviya konstitusiyaları Federal Yuqoslaviyanın qalan 6 respublikasına verdiyi hüququ Kosovoya da şamil edirdi. SSRİ qanunları isə fərqli idi və muxtar vilayət və respublikalara belə hüquqlar vermirdi.


Kosovonun Serbiyadan ayrılmasının mümkünlüyünü Qərb ölkələri qəbul etsələr də Gürcüstandakı separatçı regionlarla bağlı bənzər fikirlər səsləndirmirlər. Birləşmiş Ştatların dövlət katibinin müavini Daniel Frid ötən həftə Tbilisidə Abxaziya və Cənubi Osetiya barədə demişdi: «Biz bu ərazilərin heç birinin müstəqilliyini tanımırıq və tanımayacağıq. Referendum olsa da, olmasa da. Kosovo ilə paralel deyilən şeylər tarixi baxımdan səhvdir. Kosovo hər hansı şərait üçün örnək deyil. O nadirdir. Və BMT TŞ bu yaxınlarda Gürcüstanın tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib». Amerika rəsmisi Kosovonu tarixi baxımdan da Abxaziya ilə eyniləşdirməyi səhv sayır.


Rusiya prezidenti Vladimir Putin çıxışında ötəri olaraq Gürcüstanın tarixinə də toxunub. Onun sözlərinə görə, Gürcüstan xalqı Rusiya İmperiyasına könüllü qəbul olarkən onun ərazisi olmayıb.


Rusiya prezidentinin sözlərinə Gürcüstan rəsmləri hələlik reaksiya verməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG