Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:43

Jurnalist Anna Politkovskayanın qətlini bir çoxları sifarişli hesab edir


Beynəlxalq və hüquq müdafiə təşkilatları rusiyalı jurnalist Anna Politkovskayanın qətlindən şoka düşüb.


Anna Politkovskaya
Avropa Birliyi, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, «Sərhədsiz Reportyorlar», «Amnesty International», Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi və «Freedom House» təşkilatı Rusiya hökumətini jurnalistin qətliylə bağlı təcili və hərtərəfli istintaq aparmağa çağırıblar.


Mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Aydan Vayt bunun qəsdən törədilmiş qətl olduğunu deyib.


Avropa Şurasının baş katibi Terri Devis isə «Azadlıq» Radiosuna müsahibəsində istintaqın gedişini diqqətlə izləyəcəklərini və cinayətkarların tezliklə tapılacağına ümidlə yanaşdıqlarını deyib.


Bir çox Rusiya siyasətçiləri və hüquq müdafiəçiləri də bu qətli sifarişli hesab edir, qətlin jurnalistin fəaliyyəti ilə bağlı olduğunu deyirlər.


Anna Politkovskaya 1999-cu ildən «Novaya Qazeta»yla əməkdaşlıq edirdi. O, Çeçenistan müharibəsi, Rusiya hərbçilərinin insan haqlarını pozmasından çox yazardı, tez-tez döyüş zonaları, qaçqın düşərgələrinə gedərdi.


Politkovskaya oktyabrın 7-də Moskvada, yaşadığı binanın liftində öldürülüb. Polis liftdən tapança və boş gilizlər tapıldığını deyir. Hadisəylə bağlı istintaqa başlanılıb.


XS
SM
MD
LG