Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

Tbilisidə əhali narahat, politoloqlarsa nikbindir


Rus əsgərləri Tbilisidəki Rusiya hərbi bazasını qoruyur. 2 oktyabr 2006-cı il
Rus əsgərləri Tbilisidəki Rusiya hərbi bazasını qoruyur. 2 oktyabr 2006-cı il

Rus zabitlərini və kəşfiyyatda təqsirləndirilən digər şəxslərin həbsi nəinki Gürcüstanın siyasətində, həmçinin əhali arasında da gərginlik yaradıb. «Azadlıq» radiosunun Gürcüstandakı əməkdaşı xəbər verir ki, paytaxt Tbilisinin sakinləri həyat şəraitlərinin pisləşə biləcəyini güman edirlər.


İxtisasca geoloq olan, lakin hal-hazırda işləməyən Lela Mamaladze düşünür ki, Gürcüstan qaz və işığı Rusiyadan aldığı üçün münasibətlərin pisləşməsi ölkəni qazsız və işıqsız qoya bilər: «Məncə boş yerə bu zabitləri həbs etməyiblər. Əgər bunu ediblərsə, demək buna müəyyən səbəblər olub. Əlbəttə bu, yaxşı hal deyil. Bu bizim iqtisadiyyatımızda boşluq yarada bilər və bu, adi əhalinin güzəranına təsir edəcək».


Tbilisinin digər sakini Nino Patriaşvili isə deyir ki, məsələnin adi insanların həyatına necə təsir edəcəyinə qiymət vermək hələ tezdir:

Əlbəttə bu, yaxşı hal deyil. Bu bizim iqtisadiyyatımızda boşluq yarada bilər və bu, adi əhalinin güzəranına təsir edəcək
«Bu cür məsələlərdə siyasət o dərəcə də qarışıq olur ki, əhalinin müəyyən hissəsi nələr baş verdiyini heç anlamayacaq, müəyyən hissəsi isə bunun təsirini hiss edəcək. Məncə, hələ elə kəskin bir şey baş verməyib. Proseslər kəskin şəkil alanda əhali münasibətlərin gərginləşməsinin təsirini daha dərindən hiss edəcək».


Lakin, Gürcüstandakı siyasətçilər gərginliyin gec-tez aradan qalxacağına inanırlar. Beynəlxalq münasibətlər üzrə ekspert Georgi Xelaşvili deyir ki, Rusiya təkcə zabitlərin həbsinə görə deyil, həmçinin son zamanlar prezident Saakaşvilinin BMT-dəki çıxışı, Kodor dərəsində baş verənlər, NATO ilə aparılan danışıqlara görə Gürcüstandan qisas almaq qərarına gəlib: «Zabitlərin həbsi dövlətinin güc strukturları ilə fəxr edən Putinin nüfuzuna xələl gətirdi. Bu onun üçün xoş bir şey deyildi və bəlkə də o, bu məsələni şəxsi zərbə kimi qəbul edir».Politoloqun fikrincə, Şərqi və Mərkəzi Avropa və ya Baltikyanı ölkələrin NATO-ya üzvlüyü ərəfəsində də Rusiya oxşar təzyiqlərə əl atıb, amma, həmin ölkələrini NATO-ya üzvlük məsələsi həll ediləndən sonra münasibətlər normallaşıb. Cənab Xelaşvili güman edir ki, Gürcüstanın NATO-ya üzvlüyündən sonra Rusiya ilə münasibətlər düzələcək.


Siyasi məsələlər üzrə digər ekspert Ramaz Sakvarilidze də münasibətlərin yaxşılaşmasının nəinki arzuolunan, hətta real məsələ olduğunu düşünür: «ATƏT-in bu məsələyə qarışması göstərir ki, dünya ictimaiyyəti iki ölkə arasında münasibətləri yoluna qoymaq üçün çalışır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG