Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Erdoğan Atatürk-ün statusunu «ələ keçirməyə» çalışır?


Recep Tayyip Erdoğan Atatürk Beynəlxalq Hava Limanında - 2013
Recep Tayyip Erdoğan Atatürk Beynəlxalq Hava Limanında - 2013

-

«The Guardian» qəzeti yazır ki, Türkiyədə bir neçə böyük layihə, o cümlədən aeroport prezident Recep Tayyip Erdoğan-ın adını daşıya bilər. Erdoğan millətin «müasir talismanı» adını almaq üçün çalışır və şəxsiyyətə pərəstiş yaradır.

«Hürriyet» qəzeti ötən həftə məlumat yayıb ki, bu ilin martında Fərat çayı üzərində açılacaq körpü müasir Türkiyənin ən nəhəng mühəndislik layihələrindəndir. Körpü Erdoğan-ın adı veriləcək ən mühüm struktur da sayıla bilər. Nəqliyyat naziri Lütfi Elvan deyib ki, vətəndaşlar körpünün prezidentin şərəfinə adlandırılmasını istəyir və ideya «hörmətli prezidentə çatdırılacaq, razılaşsa, Recep Tayyip Erdoğan-ın adı körpüyə veriləcək».

Tənqidçilər isə ölkə lideri ətrafında şəxsiyyətə pərəstişin artdığından narahatdır. «The Guardian» yazır ki, İstanbulda nəhəng bir aeroport tikintisi də planlaşdırılır və Elvan özü həmin aeroporta Erdoğan-ın adını verməyi təklif edib. Prezident artıq Türkiyədə bir neçə obyektə, Qara Dəniz sahilindəki Rizə şəhərində bir universitetə, İstanbulda stadiona adını qoyub. Ancaq yeni körpü onun adını daşıyacaq ən böyük layihə olacaq.

«Körpü Atatürk gölü bəndi ilə kəsişir. Bu bənd 1980-ci illərdə Türkiyənin ən böyük layihələrindən olub və dünyəvi dövlətin banisi Mustafa Kemal Atatürk-ün adını daşıyır. Tənqidçilər islamçı-köklü Erdoğan-ın Atatürk-ün müasir Türkiyə lideri statusunu ələ keçirməyə çalışmaqda ittiham edirlər», - «The Guardian» qeyd edir.

Tony Blair
Tony Blair

SERBİYA HÖKUMƏTİ TONY BLAIR-İN ŞİRKƏTİNDƏN YARARLANIR

Serbiya mediası yazır ki, hökumət Britaniyanın keçmiş baş naziri Tony Blair-in konsaltinq şirkətinin xidmətlərindən istifadə edir. Ötən il Tony Blair baş nazir Aleksandar Vučić-lə Belqradda görüşüb. Onda baş nazirin ofisi Blair-in Vučić-in müşaviri olacağı barədə media məlumatlarını qətiyyətlə təkzib edib. Mediaya bildirilib ki, Blair qeyri-rəsmi səfərə gəlib, onlar Avropaya inteqrasiyadan və «baş nazirin kabinetinin formalaşmasından» danışıblar.

Ancaq indi Serbiyanın «Danas» qəzeti yazır ki, hökumət baş nazirin kabinetində ekspert komandaları formalaşdırmaq üçün Blair-in konsaltinq şirkətinin xidmətindən istifadə edir. Xidmət haqqını isə Birləşmiş Ərəb Əmirliklərindən olan fondlar ödəyəcək.

Qəzetin məlumatına görə, hökumət «Tony Blair Associates» şirkətindən bir model alıb. Model əsasında qurulan bölmələr, fərd və ya komandalar müxtəlif sahələrdə hədəflərə görə məsuliyyət daşıyır, eyni layihələrə aid bütün qurumları birləşdirir. Hökumət beş altqrupun yaradılmasını planlaşdırılır – infrastruktur, dövlət müəssisələrinin özəlləşdirilməsi, birbaşa xarici sərmayə, dövlət administrasiyası və kənd təsərrüfatı.

Tony Blair baş nazir postundan gedəndən sonra «Tony Blair Associates» konsaltinq şirkətini yaradıb. O, hazırda Qazaxıstan prezidenti Nursutlan Nazarbayev-ə müşavirlik xidmətinə görə ildə səkkiz milyon funt-sterlinq alır. Bunu Britaniya mediası yazıb. Blair Albaniya hökuməti ilə də əməkdaşlıq edir. Daha əvvəl Misir və Küveyt hökumətlərində müşavirlik edib. Tony Blair dünyada mühazirələr də oxuyur və mühazirəsinə yarım milyona qədər qonorar alır.

XS
SM
MD
LG