Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:52

Erdoğan-ın qızı deputat olmağa hazırlaşır


Sümeyye Erdoğan
Sümeyye Erdoğan

-

«Türkiyə prezidentinin qızı Sümeyye Erdoğan-ın iyunda ümumi seçkilərdə namizədliyini verəcəyi barədə söz yayılıbsa, deməli, bir sıra məmurların adları da çəkilə bilər». Bunu «Hurriyet Daily News» yazır.

«Sümeyye Erdoğan-ın deputat olacağı real görünür, ancaq məlumatlara görə, hələlik ailəsi qərarını verməyib. Bu seçkidən sonra hakim AK Partiyasında hicablı deputat qadınların sayı artacaq. Namizədliyini verməyi planlaşdıran 60 qadının yarısı örtüklüdür», - yazıda oxuyuruq.

Seçki təqviminə görə, seçkiyə getmək istəyən məmurlar fevralın 10-dək istefa verməlidirlər. Maliyyə nazirinin köməkçisi Naci Ağbal, «Türk Hava Yolları» icraiyyə komitəsinin rəhbəri Hamdi Topçu-nun istefası gözlənir. Erdoğan-ın çıxışlarının mətnini yazan Aydın Ünal ilk istefa verəndir. Baş müşavir Yiğit Bulut-un siyasətə girməsi mübahisəlidir və partiya daxilində onun namizədliyinə ciddi müqavimət var.

Korrupsiya qalmaqalında adı çəkilən keçmiş dörd nazirin namizədliyi verilməyəcək. Egemen Bağış-a partiyadaxili qadağa qoyulub. Zafer Çağlayan siyasətdən gedəcəyini deyib. Digər ikisi isə partiyanın mövqeyini bildiyindən namizədliyini verməyəcək.

İQTİSADİ BÖHRAN GÜCLƏNDİKCƏ, TÜRKMƏNİSTANDA ŞAYİƏLƏR YAYILIR

«Hətta dünyanın düz vaxtında Türkmənistandan etibarlı iqtisadi məlumat almaq çətindir. Bu neft-qaz ölkəsi böhranla üz-üzədirsə, ölkə rəhbərliyi çətin informasiya sızdıra. Ancaq son günlər gələn xəbərlərdən görünür ki, enerjidaşıyıcıların qiymətinin düşməsi özünü məhdud rəsmi informasiyada da büruzə verir», - bunu «Eurasianet» yazır.

Türkmənistanda valyutadəyişmə məntəqəsi
Türkmənistanda valyutadəyişmə məntəqəsi

Müxalifət saytları (Alternative News Turkmenistan, Chronicles of Turkmenistan) valyutadəyişmə məntəqələrində uzun növbələrin yarandığını xəbərləyiblər. Hər iki sayt yazır ki, bu çaxnaşma manatın yenidən ciddi düşəcəyi barədə şayiələrdən doğur.

Manat yeni ildə 19 faiz düşüb. Bir dollar 2.85 manatdan 3.5 manata qalxıb. Şayiələrə inansaq, dollar 4.5 manata qədər qalxa bilər.

Valyutadəyişmə məntəqələrində pasportlar tələb olunur. Hər bir kəs bir günə min dollardan çox ala bilməz.

Prezident Gurbanguly Berdymukhamedov yanvarın 30-da dövlət televiziyasında deyib ki, «dünyada neftin və qazın ucuzlaşması bizi fövqəladə addımlar atmağa, bəzi mal və xidmətlərin qiymətlərini qaldırmağa, manatın digər valyutalara nisbətən dəyərini azaltmağa məcbur edib».

«Chronicles» ötən həftə yazıb ki, dövlət enerji sektorunda iş yerləri ixtisar olunur və fəhlələrin maaşları azaldılır.

PUTIN-İ DAYANDIRMAQ LAZIMDIR. BƏZƏN SİLAHI YALNIZ SİLAH DURDURA BİLƏR

«The Guardian» yazır ki, diplomatiyanın dövrü qayıdacaq, ancaq indi onun zamanı deyil: Ukraynaya təcili hərbi dəstək lazımdır.

Vladimir Putin hərbi təlimləri izləyir.
Vladimir Putin hərbi təlimləri izləyir.

«Vladimir Putin keçmiş Sovet İttifaqının Slobodan Milošević-idir: onun kimi pisdir, ancaq ondan da böyükdür. Yalanlar arxasında gizlənərək o, Ukraynanın şərqində oyuncaq dövlət qurmağa çalışır», - müəllif Timothy Garton Ash yazır.

«Başı Yunanıstan və avrozoyana qarışan Avropa ön xəttində daha bir Bosniyanın yaranmasına imkan verir. Oyan, Avropa! Öz tariximizdən nəsə öyrənmişiksə, Putin-i durdurmaq lazımdır. Ancaq necə?».

Müəllif Rusiyaya iqtisadi sanksiyaların artırılmasını vacib sayır. Ancaq eyni zamanda qeyd edir ki, Putin, Milošević kimi, əlinin altındakı hər alətdən istifadə etməyə hazırdır, rəhmsizdir. Putin sonucda itirəcək, ancaq əziyyəti xalq qalacaq. O getməmişdən Donetsk çayına hələ çox qan və gözyaşı axıdılacaq. Ona görə də bu müddəti qısaltmaq lazımdır. Bunun üçün Ukraynaya müasir müdafiə silahları gərəkdir. ABŞ Konqresi Ukraynada Azadlığa Dəstək Aktını qəbul edib. İndi prezident Obama Ukraynana hərbi avadanlıq verilməsinin vaxtını və tərkibini müəyyənləşdirməlidir.

«Ukrayna ordusu Rusiyanın hücumunu dəf edəndən sonra danışıqlar yoluyla həll mümkün olacaq. Bəzən silahı yalnız silah durdura bilir», - müəllif yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG