Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

Sabin Frayzer: «Qarabağ münaqişəsinin həllinə iki məsələ mane olur»


Sabin Frayzer, 28 mart 2006
Sabin Frayzer, 28 mart 2006
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində əvvəl razılaşdırılmış prinsiplər üzrə bərpası müsbət haldır». Bunu «Azadlıq» radiosuna Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabin Frayzer deyib. GUAM ərazisində «dondurulmuş münaqişələr»ə dair noyabrın 6-da BMT-dəki müzakirələrin ATƏT çərçivəsində aparılan sülh danışıqlarına necə təsir edə biləcəyi barədə suala xanım Frayezer belə cavab verib:
«Birinci məsələ Dağlıq Qarabağın statusu, ikinci isə Kəlbəcər və Laçınla bağlıdır. Məhz bu iki məsələ razılıq əldə olunmasına maneçilik törədir»
«Əgər biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət təkan axtarırıqsa, problemin həllini istəyiriksə, ən yaxşı yol danışıqları Minsk Qrupu formatında davam etdirməkdir. Yəni danışıqlar üçün başqa bir yeni formata ehtiyac yoxdur».

Sabin Frayzerin sözlərinə görə, son bir neçə ayda danışıqlarda müzakirə olunan prinsiplərin razılaşdırılmasına əsasən iki məsələ mane olur: «Birinci məsələ Dağlıq Qarabağın statusu, ikinci isə Kəlbəcər və Laçınla bağlıdır. Mən belə bir qənaətə gəlmişəm ki, məhz bu iki məsələ razılıq əldə olunmasına maneçilik törədir».


Xanım Frayzer deyir ki, tərəflər müzakirə olunan prinsiplər üzrə kompromis əldə olunması üçün əlavə addımlar atmalıdırlar.


Avropa Birliyinin Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planına Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələnin salınmasını müsbət qiymətləndirən Sabin Frayzer bildirir ki, bu, Avropa Birliyinin Cənubi Qafqazda münaqişənin bərpasından narahatlığını göstərir. Yəni müharibə qızışarsa, bu, birliyin maraqlarına da zidd olacaq: «Avropa Birliyinin münaqişəni başa düşməsi və onun müsbət həllinə nail olmaq cəhdləri mühümdür».


GUAM ölkələrinin sülhməramlı qüvvələr yaratmaq məsələsinə gəlincə, xanım Frayzer deyir ki, bu ideya tamamilə yeni olduğuna görə, həmin qüvvələrin imkanlarını təsəvvür etmək də çətindir. BBQ rəsmisinin sözlərinə görə, əvvəllər sülhməramlılarla bağlı qərarları BMT verib, ona görə də GUAM sülhməramlılarının təşkilatla necə işləyəcəyi məsələsi aydınlaşmalıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG