Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Xarici İşlər nazirləri oktyabrın 24-də Parisdə görüşəcəklər


Moskva görüşü ikitərəfli təmasların bərpası baxımından önəmli sayılır

Moskva görüşü ikitərəfli təmasların bərpası baxımından önəmli sayılır

Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri növbəti dəfə Parisdə oktyabrın 24-də görüşəcəklər. Bu haqda razılıq oktyabrında 6-da Elmar Məmmədyarovla Vardan Oskanyanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə Moskvada keçirilən görüşündə əldə olunub. Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin sözlərinə görə, nazirlər Qarabağ münaqişəsinin nizamlanmasına dair indiyədək danışıqlar masasında olan bəzi məqamları müzakirə ediblər: «Danışıqların nəticələrini ehtiyatlı optimizmlə qiymətləndirə bilərik. Çətin də olsa, müsbət keçib».


Nazirlər öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrıca görüşsələr də, sonra həmsədrlərin iştirakı ilə danışıqlara başlayıblar. Onlar həmçinin Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla da görüşüblər.


Azərbaycan və Ermənistan nazirləri sonuncu dəfə bu ilin iyununda Parisdə görüşmüşdülər. Bundan sonra onlar ayrı-ayrılıqda həmsədrlərlə görüşmüşdülər.



Günün bütün mövzuları

XS
SM
MD
LG