Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

Rambuye və Buxarest görüşlərdən sonra danışıqlar razılığa doğru gedir


Qarabağ münaqişəsinin nizamlanmasıyla məşğul olan ATƏT-in Minsk qrupu (MQ) həmsədrləri tərəflər arasında birbaşa danışıqları bərpa etməyə çalışırlar. Bu barədə oktyabrın 2-də Bakıda səfərdə olan MQ-nun həmsədrləri keçirdikləri brifinqdə bildirdilər. Fransalı həmsədr Bernard Fasye isə dedi ki, Rambuye və Buxarestdəki görüşlərdən sonra danışıqlar razılığa doğru gedir. Amma xeyli çətinliklərin də olduğunu deyən cənab Fasye əlavə edir ki, hazırda həmin çətinliklər üzərində işləyirlər. Fransalı həmsədr qeyd edir ki, onlar xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etmək istəyirlər. Bu görüş barədə Azərbaycan tərəfi ilə razılaşıblar, oktyabrın 3-də Ermənistana səfərdən sonra isə bu ölkənin xarici işlər nazirinin də razılığını alıb görüşün yeri və tarixi barədə dəqiq məlum verə biləcəklər.


«Dondurulmuş» münaqişələrlə bağlı məsələnin BMT-də müzakirəsinin danışıqlara hər hansı mənfi təsiri olub-olmadığı ilə bağlı suala cavab olaraq amerikalı həmsədr Mətyu Brayza bildirdi ki, onlar Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə üstünlük verilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG