Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

«Donmuş münaqişələr» 16 milyondan çox adamın həyatına təsir edib


GUAM-ın «donmuş münaqişələr» məsələsində mövqeyi Rusiyanın xoşuna gəlmir

GUAM-ın «donmuş münaqişələr» məsələsində mövqeyi Rusiyanın xoşuna gəlmir

GUAM -a üzv olan ölkələr-Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova BMT-də onların ərazilərindəki «donmuş münaqişələr»lə bağlı qətnamənin qəbulunda israr edirlər. Sentyabrın 19-dan 29-dək Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 61-ci sessiyasında GUAM ölkələrinin xarici işlər nazirləri «donmuş münaqişələr»lə bağlı müzakirələr keçiriblər. Söhbət Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrdən gedir. Amma, bəzi BMT üzvləri, xüsusilə də Rusiya bu təşəbbüsü tənqid edir.


Son 15 ildə GUAM regionunda «donmuş münaqişələr» 16 milyondan çox adamın həyatına təsir edib. Bunlar həm də beynəlxalq sülhə və təhlükəsizliyə təhlükədir. GUAM ölkələrinin xarici işlər nazirlərinin BMT Baş Assambıyasına birgə müraciətlərində bu məqamlar öz əksini tapıb.


Noyabrın 6-da Baş Assambleyada «donmuş münaqişələr»lə bağlı məsələnin müzakirəsi gözlənilir. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, GUAM ölkələri bu vaxtadək hazırlıq işlərini davam etdirəcəklər.


Son 15 ildə GUAM regionunda «donmuş münaqişələr» 16 milyondan çox adamın həyatına təsir edib. Bunlarhəm də beynəlxalq sülhə və təhlükəsizliyə təhlükədir.

Ukrayna xarici işlər naziri Boris Tarasyuk isə BMT Baş Assambleyasına deyib ki, donmuş münaqişələr regionda sülhü və təhlükəsizliyi pozur, bir də iqtisadi inkişafı ləngidir.


BMT Baş Assambleyasındakı debatlara ən çox Gürcüstan ümid bəsləyir. Noyabrda Cənubi Osetiyada müstəqilliklə bağlı referendum keçiriləcək. Gürcüstan prezidenti Mixail Saakaşvili sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışında deyib ki, beynəlxalq təşkilatlar bu konfliktlərin həllinə yardım eləməlidirlər: «Bu məsələnin əsas aspektlərindən biri Abxaziyanın və Cənub Osetiyanın BMT, ATƏT, Avropa Birliyi və başqa beynəlxalq təşkilatların fəal iştirakıyla silahsızlaşdırılması olmalıdır. Bundan başqa münaqişə tərəfləri arasında birbaşa dialoq təşkil olunmalıdır. Gürcüstan hökuməti və separatçı liderlər sülhün bərpasına görə bir yerdə məsuliyyət üzərinə götürə bilərlər».


GUAM ölkələrinin «donmuş münaqişələr» məsələsində BMT-nin daha geniş iştirakına nail olmaq cəhdləri Rusiyanın xoşuna gəlmir. Moskva hesab edir ki, bu məsələlərdə Rusiyanın iştirakı vacibdir. Rusiya xüsusilə də Dnestryanıda və Cənubi Osetiyada müstəqillik meyllərini müdafiə edir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov GUAM ölkələrinin təşəbbüsünü təbliğati addım adlandırıb və deyib ki, BMT Baş Assableyasındakı dinləmələr heç bir müsbət nəticə verməyəcək. Ötən həftə isə Rusiya Müdafiə naziri Sergey İvanov Yunanıstan qəzetinə müsahibədə bildirib ki, BMT-dəki müzakirələrə baxmayaraq, Rusiya GUAM ölkələrinin qoşunlarını sülhü qoruma missiyasıyla donmuş münaqişələr olduğu zonalara buraxmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG