Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Gürcüstanın xarici işlər naziri istefa verdi


Gürcüstanın xarici işlər naziri Maia Panjikidze

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze

-

Noyabrın 4-də Gürcüstanda müdafiə naziri postundan uzaqlaşdırılan Irakli Alasania ötən gecə açıqlama verib. O, ölkədə siyasi böhran yarandığını deyib və onun dərinləşməsini önləməyin vacibliyini vurğulayıb.

GÜRCÜ ARZUSU ÇOXLUĞU İTİRƏ BİLƏR

AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, Alasania noyabrın 4-də Rustavi 2 televiziyasına danışıb. Müdafiə Nazirliyinə qarşı son «kampaniya» ilə ölkənin xarici siyasət kursu arasında əlaqə olduğunu vurğulayıb.

«Müdafiə Nazirliyinə qarşı son kütləvi hücum onun ölkənin Avro-Atlantik planlarını həyata keçirən əsas qüvvəyə qarşı kampaniya olduğunu deməyə əsas verir».

Keçmiş müdafiə naziri Azad Demokratlar partiyasının Gürcü Arzusu hakim koalisiyasını tərk edəcəyi barədə heç nə deməyib.

Azad Demokratlar koalisiyadan çıxsa, Gürcü Arzusu parlamentdə çoxluğu itirə bilər.

Gürcüstanın baş naziri İrakli Garibashvili noyabrın 4-də elan edib ki, müdafiə naziri İrakli Alasanianı vəzifəsindən kənarlaşdırır. Nazirin kənarlaşdırılması əsasında son günlər Gürcüstan prokurorluğunun orduda zəhərlənmə ilə bağlı müdafiə nazirlyinin əməkdaşlarına qarşı başladığı istintaq tədbirləri durur.

NAZİR DEMOKRATİK GÜRCÜSTAN PARTİYASINDAN DA ÇIXIB

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze istefa verib. O, hakim Gürcü Arzusu koalisiyasından, eləcə də Demokratik Gürcüstan partiyasından çıxdığını bildirib.

Demokratik Gürcüstan partiyasını keçmiş baş nazir Bidzina Ivanishvili yaradıb, hazırda bu partiyaya baş nazir Irakli Garibashvili sədrlik edir.

Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Dövlət Naziri Aleksi Petriashvili noyabrın 4-də Alasania işdən çıxarılandan sonra istefa verib.

Panjikidze-nin 4 deputatı – Davit Zalkaliani, Tamar Beruchashvili, Davit Jalagania, və Vladimer Gurgenidze də istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG