Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:49

Gürcüstanda siyasi böhran


İrakli Alasania Almaniyalı həmkarı Ursula von der Leyen (L) ilə Berlində Alman fəxri qaravulu qarşısında. 20 oktyabr 2014
İrakli Alasania Almaniyalı həmkarı Ursula von der Leyen (L) ilə Berlində Alman fəxri qaravulu qarşısında. 20 oktyabr 2014

Gürcüstanın baş naziri İrakli Garibashvili elan edib ki, müdafiə naziri İrakli Alasanianı vəzifəsindən kənarlaşdırır.

AzadliqRadiosu Gürcüstan xidmətinin verdiyi məlumata görə, nazirin kənarlaşdırılması əsasında son günlər Gürcüstan prokurorluğunun orduda zəhərlənmə ilə bağlı müdafiə nazirlyinin əməkdaşlarına qarşı başladığı istintaq tədbirləri durur.

Öz əməkdaşlarını müdafiə edən nazir Alasania baş verənlərlə bağlı çıxış edərək hakimiyyəti Qərbyönümlü siyasətdən üz döndərməkdə günahlandırıb. Onun bəyanatına cavab verən baş nazir Garibashvili isə bildirirb ki, ölkənin xarici siyasətində heç bir dəiyşiklik yoxdur. Baş nazir müdafiə nazirliyi əməkdaşlarını istintaqdan yayınmaq cəhdində ittiham edib və əlavə edib ki, hamının qanun qarşısında eyni olması məhz Qərb dəyərlərinə sadiqliqdir.

Baş nazir bəyan edib ki, Təhlükəsizlik və Böhran vəziyyətlərinin idarə olunması üzrə Dövlət komitəsinin katibi, polkovnik Mindia Janelidze-ni yeni müdafə naziri təyin edir.

41 yaşlı İrakli Alasaninan-ın hadisələrə reaksiyası hələlik bilinmir. O, 2012-ci ilin payızında parlament seçkilərində müxalifətin qələbəsindən sonra müdafiə naziri təyin olunmuşdu. Saakashvili hakimiyyəti illərində Gürcüstanın BMT-dəki səfiri kimi çalışıb. 2009-cu ildən hakimiyyətə müxalifətə keçib.

Baş verənlər Gürcüstanda hakim koalisiyanın parçalanması ilə nəticələnə bilər.

XS
SM
MD
LG