Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:35

Abxaz müharibəsinin 20 illiyi


Gürcüstanda Abxaziya ilə sərhəd məntəqəsi
Gürcüstanda Abxaziya ilə sərhəd məntəqəsi
Sentyabrın 27-də Abxaziya siyahlı qüvvələrinin Gürcüstan ordusunu Suxumidən vurub-çıxarmasının 20 ili tamam olur.

Müsahibimiz azadlıq Radiosunun gürcü xidmətinin hərbi eksperti , o vaxt Abxaziyada olan Koba Liklikadzedir

Azadlıq Radiosu: Hərbi münaqişə 1992-ci ilin avqustunda başlayanda abxaz dəstələri pis silahlanmışdı, Suxumiyə gələn 3 minlik Gürcüstan ordusu heç bir müqavimətə rast gəlmədən, asanlıqla Suxumini tutdu. Bəs necə oldu ki, cəmi 1 il sonra abxaz ordusu gürcü ordusunu vurub-çıxartdı?

Koba Liklikadze
Koba Liklikadze
Liklikadze: Tamamilə düzdür, abxazların heç ordusu yox idi. Pis silahlanmışdı. Gürcü ordusu Suxumidə Gürcüstan bayrağını qaldırdı.

Sonra isə... Burda heç bir sirr yoxdur. Abxazlara Rusiya hərbçiləri kömək etdi.
Qudautidə Rusiya ordusunun böyük desant bazası var idi. Bundan başqa Qafqazın dağ xalqlarının konfederasiyası kömək etdi. Abxaz tərəfdə vuruşan Shamil Basayevin dəstəsi və s.

Azadlıq Radiosu: Gürcüstanın məğlubiyyətinin əsas səbəbləri nə idi?

Liklikadze: Gürcüstanda 3 hakimiyyətlilik var idi. Onların öz aralarında düşmənçilik bəlkə də qarşı tərəfə münasibətdən daha pis idi. İqtisadi zəiflik və s.

Azadlıq Radiosu: Abxaz müharibəsinin Cənubi Qafqaz üçün dərsləri nə oldu?

Liklikadze: Əsas dərs odur ki, Cənubi Qafqazda heç bir siyasi, etnik problemi zor gücü, hərbi yolla həll etmək olmaz. Hərbi yol bunu yalnız mürəkkəbləşdirir.
Hərbi yol minalanmış yoldur. Bu minaları kim düzüb?
Bu da aydındır.

Azadlıq Radiosu: İndi Gürcüstanda Abxaziya probleminin həllini necə görürlər?

Liklikadze: Tbilisidə düşünürlər ki, bizim yeganə yolumuz və düzgün yolumuz səbr etməkdir. Bu gözləmə dövründə isə də demokratikləşmək lazımdır, inkişaf etmək lazımdır.

İndi Suxumidə uşağı xəstə olan Moskvaya getmir, Tbilisiyə gətirir. Çünki bilir ki, Tbilisi Moskvadan yaxındır. Tbilisiyə yol 70 km-dir, Moskvaya 3 min.

Bu münaqişə gec-tez həll olunacaq. Məncə, gözləmək lazımdır və öz dövlətini inkişaf etdirmək lazımdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG