Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Saakashvili-dən yeni qalmaqal: «Ermənistanla sərhədə müdafiə səddi çəkirdik»


.
TBİLİSİ ERMƏNİSTANDAKI RUSİYA TANKLARINDAN NARAHAT İDİ

QruziyaOnline saytının yazdığına görə Gürcüstan prezidenti Mikheil Saakashvili oktyabrın 23-də bildirib ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra paytaxt Tbilisinin cənubdan – Ermənistanda yerləşən Rusiya qoşunlarından da qorunması zərurəti yaranıb. Ona görə də Qırmızı körpüdən Ermənistanla sərhəd boyunca tank əleyhinə xüsusi beton mühafizə səddləri yaratmağa başlayıblar:

“Əvvəllər bu hərbi sirr idi, amma indi tam məsuliyyətimlə bildirirəm ki, artıq bu barədə Gürcüstanın düşmənləri bilir. Səddin 25 kilometri artıq başa çatmış, işlərin 70 faizi görülmüşdü. Eyni zamanda, paytaxt Tbilisi ətrafında bir neçə xüsusi müdafiə sədləri qurulmuşdu. Biz bu işə çox enerji sərf etmişdik, xarici mühəndislər bizə yardım etmişdilər.
Amma indi sədlərin tikintisi tam dayandırlıb. Praktiki olaraq biz təxribatla üz-üzə qalmışıq. Mən hesab edirəm ki, bu, Gürcüstanın təhlükəsizlik sisteminə yönəlmiş çox zərərli hərəkətdir. Hesab edirəm ki, gürcü xalqı artıq bu barədə bilməlidir”.

Prezidentin sözlərinə görə, Müdafiə Nazirliyinin Baş qərargahında zabitlər ona tikintinin dayandırılmasını hökumətin tapşırığı ilə izah ediblər. Həmin zabitlər prezidentə məlumat veriblər ki, Gürcüstanın yeni hökuməti belə səddlərin Rusiyanı qıcıqlandırdığını, ona görə də tikintinin dayandırılmalı olduğunu bildirib.

DEPUTAT PREZİDENTİ YALANÇILIQDA İTTİHAM EDİR

Gürcüstan parlamentində müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiashvili isə prezident Mikheil Saakashvilini yalan danışmaqda ittiham edir. Sesiashvili deyir ki, Müdafiə Nazirliyinin Baş Qərargahından heç kim ona belə sözləri deyə bilməz:

“Çünki bir neçə ay əvvəl Müdafiə Nazirliyi bütün obyektlərin, o cümlədən də müdafiə səddlərinin araşdırılmasına dair komissiya yaradıb. Belə obyektlərin hansı vəziyyətdə olmaları öyrənilib. Həmin obyektlər diqqətlə təmizlənib və onlarda aparılan proseslər dondurulub ki, təcili zərurət yaranarsa, işlər dərhal bərpa edilsin. Onlar da prezidentin dediyi kimi Tbilisinin ətrafında və Marneuli rayonunda deyillər.”

Gürcüstanın 46 yaşlı prezidenti Mikheil Saakashvili yaxınlarda vəzifəsini tərk edir. Oktyabrın 27-də bu ölkədə yeni prezident seçkiləri keçiriləcək. Saakashvili isə bundan əvvəl iki dönəm prezident ölduğundan 3-cü müddət üçün yenə namizədliyini irəli sürmək hüququ yoxdur.

Keçən ilin oktyabrında keçirilən parlament seçkisində prezidentin partiyası uduzub və hökuməti müxalifətin “gürcü arzusu” koalisiyası formalaşdırıb. O zamandan da prezidentlə hökumət arasında çəkişmə gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG