Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

«Bu il ən azı ötən ilki qədər işıq olacaq»


«Barmek» Bakı və Sumqayıtın işıq problemi olmayacağını bildirir
«Barmek» Bakı və Sumqayıtın işıq problemi olmayacağını bildirir

Bakı, Sumqayıt və ətraf rayonları elektrik enerjisi ilə təmin edən «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət hökumətlə bağladığı müqavilədən imtina etdikdən sonra, müəssisə təhvil-təslim işləri aparır. «Barmek»dən verilən məlumata görə, təhvil-təslim işləri yaxın vaxtlarda yekunlaşmalıdır. Bununla da paytaxtın, Sumqayıtın və ətraf rayonların elektrik şəbəkələrini əvvəllər olduğu kimi, hər bir rayonun öz elektrik şəbəkəsi idarə edəcək.


Ekspertlərin yeni idarəetmə forması ilə bağlı şərhləri müxtəlifdir. Onlar hesab edirlər ki, bununla da Azərbaycanda həm enerjinin istehsalı, həm də paylanması dövlətin inhisarında olacaq və bunun keyfiyyətə necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Birincisi, ona görə ki, özəl müəssisəyə nisbətən dövlətin istehlakçılarla münasibətdə daha çox güzəştə gedəcəyi aydın məsələdir, bu isə büdcəni yenidən elektrik enerjisi təchizatı üçün dotasiyalarla yükləyə bilər. İkincisi, «Barmek» şirkəti ilə hökumət arasındakı müqaviləyə görə, müəssisə 10 il ərzində Sumqayıt Elektrik Şəbəkəsinə hər il 5 milyon dollar, Bakıya isə 10 milyon dollar sərmayə qoymalı, şəbəkələri sağlamlaşdırmalı idi. Düzdür, hökumətin «Barmek»lə münasibətlər korlanan ərəfədə əsas gətirdiyi arqument bu idi ki, şirkət investisiya öhdəliklərini yerinə yetirmir. Amma bu illər ərzində müəssisənin prezidenti Hüseyn Arabul dəfələrlə deyib ki, Azərbaycanda transformatorların əksəriyyətinin yaşı 30-u ötüb və istismar müddəti başa çatıb.


«Barmek»in özündə də deyirlər ki, ilin əvvəlində-hökumətlə şirkətin münasibətləri pozulmağa başlayandan bəri bank hesabına həbsin qoyulması onun maliyyə əməliyyatlarını məhdudlaşdırdı, odur ki, bu il şəbəkələrə investisiya qoya bilmədi. Şirkətin Mətbuat Xidmətinin əməkdaşı Nəsimi Paşayev deyir ki, «Barmek» indiyə qədər investisiyanı artıqlaması ilə yatırdığı üçün bu il ciddi problem olmayacaq: «Bakının ehtiyacı 1800 vattdır. Bu il ən azı ötən ilki qədər işıq olacaq».


Qış aylarında Bakının əksər yerlərinə enerji fasiləsiz verilsə də, əhali daha çox gərginliyin aşağı olmasından şikayətlənir. Cənab Paşayev bildirir ki, bu işdə «Barmek»in heç bir günahı yoxdur, elektrik enerjisi istehsal edən «Azərenerji» şəbəkələrə enerjini aşağı gərginliklə ötürür.


«Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov isə «Barmek»in bu ittihamı ilə razı deyil və o, bu il elektrik enerjisi istehsalının və təchizatının əvvəlkindən yaxşı olacağını deyir: «İstehsal 4-5 faiz artacaq».


Türkiyənin «Barmek» şirkəti bu ilin iyulun 3-də «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə»nin idarəolunması ilə bağlı hökumətlə bağladığı 25 illik müqavilədən imtina edib. Müəssisə 5 il idi ki, Bakı, Sumqayıt və şimal rayonlarının elektrik şəbəkələrini idarə edirdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG