Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13

«Barmek»in Azərbaycanı tərk etməsi investisiya mühitinə necə təsir edəcək?


«Azərenerji»dən bildirirlər ki, əslində həbs şirkətin yox Hüseyn Arabulun hesabına qoyulub

«Azərenerji»dən bildirirlər ki, əslində həbs şirkətin yox Hüseyn Arabulun hesabına qoyulub

«Barmek»in prezidenti Hüseyn Arabul isə bildirir ki, şirkətin fəaliyyətinin dayandırılmasının şübhəsiz ki, Azərbaycana sərmayə yatırmaq istəyənlərə təsiri olacaq. «Çünki investorlar ədalət olan yerlərə yatırım qoyular. Əgər o ədalət Azərbaycanda varsa, iş adamları gələcək. Yoxdursa tərəddüd edəcəklər».


Cənab Arabul hesab edir ki, bu mübahisə beynəlxalq məhkəmə səviyyəsinə qalxarsa, problemin həlli uzanacaq və daha da dərinləşəcək.


«Azərenerji»nin vitse-prezidenti Marlen Əskərov isə deyir ki, «Barmek» şirkətinə qarşı atılan addımlar xarici iş adamlarına təsir edə bilməz. Çünki, prosesin gedişində «Barmek»in prezidenti Hüseyn Arabulun müqavilə şərtlərini yerinə yetirmədi sübut olunur.


Bəzi mütəxəssislər isə hesab edir ki, bu hadisə xarici iş adamlarının Azərbaycana ehtiyatla yanaşmasına gətirib çıxaracaq. İş adamları ən azı psixoloji olaraq sərmayələrinin batmasından qorxacaqlar.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (QHT) rəhbəri Vüqar Bayramov deyir ki, «Barmek»lə bağlı baş verən hadisələr xarici sərmayəçilərin Azərbaycana yatırım qoymasına mənfi təsir göstərəcək. «Çünki «Barmek» kifayət qədər böyük bir şirkətdir. O bir neçə tenderin qalibi olub. Belə bir şirkətin qısa bir vaxt ərzində yoxlanaraq bağlanması xarici sərmayəçilərin diqqətindən yayına bilməz».


Vüqar Bayramovun qənaətinə görə, «Barmek»ə qarşı belə sərt addımların atılması hakimiyyətdə olan bəzi məmurların vəzifədən getməsindən sonra baş verib. Bu isə xarici iş adamlarının Azərbaycanda iqtisadiyyatın siyasətdən ayrı olmadığı qənaətinə gəlməsinə əsas verir.


«Barmek-Azərbaycan» şirkətinin vəkili Abbas Atakişi deyir ki, mülki prosessual qanunvericiliyə görə bank hesabına və əmlaka həbs qoyulması mümkündür. Ancaq bunun realizə edilməsi – yəni hesaba həbs qoyulması üçün əvvəlcə qarşı tərəf hansısa bir məbləğ tələb etməlidir. «Barmek»ə qarşı baş verən bu hadisədə isə şirkətdən pul tələb olunmur. Ona görə də bu həbs düzgün deyil.


Abbas Atakişi hesab edir ki, məhkəmənin həbs qərarı qanunsuzdur. O, rəsmi qaydada «Barmek»ə təqdim olunandan sonra şirkət həmin qərardan şikayət verməklə müdafiə hüququnu həyata keçirəcək.


Hüseyn Arabul özü isə deyir ki, əslində Barmek bir ildir həbs şəraitindədir. Bir ildir şirkətin hesabları xaricə transfer olunmur. Ölkə daxilində verilən tapşırıqları Banklar yerinə yetirmir. Dövlətlə birgə çalışan banklar dövlətin istədiyi şəkildə fəaliyyət göstərirlər.


«Azərenerji»nin vitse-prezidenti Marlen Əskərov isə deyir ki, əslində həbs şirkətin yox Hüseyn Arabulun hesabına qoyulub.


Vüqar Bayramova görə isə, «Barmek» Azərbaycan üçün olduqca böyük şirkətdir. Onun fəaliyyəti ilə bağlı yoxlamanın belə tez yekunlaşdırılması və sərt qərarlar verilməsi, hətta əmlakına və bank hesabına həbs qoyulması uğurlu addım hesab edilə bilməz. Əgər nəzərə alınsa ki, şirkət əhaliyə elektrik enerjisi paylamaqda davam edir, onda belə qərarın düz olmadığı daha da aydınlaşar.


Günün bütün mövzuları

XS
SM
MD
LG