Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:35

«Barmek» təhvil-təslim protokolunu imzaladı


Hüseyn Arabul: «Barışığın bir yolu var - barışıb Azərbaycandan getmək»
Hüseyn Arabul: «Barışığın bir yolu var - barışıb Azərbaycandan getmək»

Avqustun 3-də İqtisadi İnkişaf Nazirliyi ilə «Barmek-Azərbaycan» şirkəti arasında şirkətin idarə etdiyi Bakı, Sumqayıt və Şimal rayonlarının elektrik şəbəkəsinin təhvil-təslim prosesinə başlanması haqqında protokol imzalanıb. Bu barədə «Azadlıq» radiosuna şirkətin prezidenti Hüseyn Arabul məlumat verib. Razılaşmaya əsasən həm də şirkətin Azərbaycana qoyduğu sərmayələrin qiymətləndirilməsi üçün auditor cəlb ediləcək.


Hüseyn Arabul protokolu Azərbaycan hökuməti ilə əməkdaşlığa son qoyulması kimi qiymətləndirib. Onun sözlərinə görə, bundan sonra mübahisə Beynəlxalq Arbitraj Məhkəməsində çözüləcək. Cənab Arabul bildirib ki, Arbitraj məhkəməsinin hakim heyətinin bir üzvü «Barmek» tərəfindən, digər üzvü isə hökumət tərəfindən seçiləcək. Bir üzvünü isə Beynəlxalq Arbitraj özü seçəcək və bu məhkəmə tərəfləri dinləyib müvafiq qərar verəcək.


Şirkətin təhvil-təslim prosesinə toxunan Hüseyn Arabul deyib: «Biz istərdik ki, təhvil-təslim prosesi mədəni olsun. Elektrik enerjisinin təchizatında problem yaranmasın. Bizdən sonra gələcək şirkət bizim yaratdığımız enerjipaylama və yığım qaydalarını dəyişməsin. Şəffaflığa riayət olunsun».


Rəhbərlik etdiyi qurumun perspektivlərinə toxunan şirkət prezidenti deyib ki, bundan sonra iki yol var - ya məhkəmə qərar çıxarmalıdır, ya da Azərbaycan hökuməti ilə barışmalıyıq. «Amma barışığın bir yolu var - barışıb Azərbaycandan getmək». Şirkət prezidenti ölkədə bundan sonra fəaliyyət göstərmək variantını istisna edir.


Məhkəmə şirkətin artıq Azərbaycan hökumətinə qarış iddiasına icraya qəbul edib.


«Barmek-Azərbaycan» şirkəti 5 ildir Azərbaycanda fəaliyyət göstərir. Şirkətin Azərbaycan hökuməti ilə sazişi 25 illiyə nəzərdə tutulsa da hökumət şirkəti enerji paylama sisteminə öhdəliyə uyğun məbləğdə sərmayə qoymamaqda ittiham edir. Şirkət isə ittihamla razılaşmır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG