Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:25

Hökumət elektrik enerjisi qiymətlərinin qaldırılması ilə bağlı tələbi qəbul etməyib


Elektrik enerjisi qiymətlərinin qaldırılması ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) tələbini hökumət qəbul etməyib. Məlumatı «Azadlıq» radiosuna «Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov verib.


AYİB Azərbaycan istilik elektrik stansiyasının təmiri üçün təqribən 100 milyon dollar həcmində kredit vermək üçün tələb edirdi ki, ölkədə elektrik enerjisinin qiyməti qaldırılsın. Bank rəsmilərinin fikrincə, indi ölkədə enerjinin maya dəyərindən aşağı satılması həm dövlət büdcəsini yükləyir (dövlət məcbur olur ki, kəsiri özü ödəsin), həm də ki, enerji sektorunda avadanlıqların təmirinə vəsait qalmır, enerji itkisi çox olur. «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov deyir ki, danışıqlar nəticəsində AYİB bu tələbindən əl çəkib: «Başqa cür razı olmurduq krediti almağa, nəhayət ki, razılaşdıra bildik».


Danışıqların nəticələrinə görə, indi AYİB Azərbaycana bu krediti əvvəllər tələb etdiyi kimi, tranşlarla - mərhələlərlə yox, bir dəfəyə verəcək. Kreditin dəqiq məbləği və hansı müddətə verilməsi hələ ki, müzakirə olunur.


Stansiyadakı enerji bloklarının təmiri ölkənin enerji sisteminin yaxşılaşdırılmasına kömək edəcək, itkiləri azalacaq.


XS
SM
MD
LG