Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:55

«Barmek» daha bir ay Bakı və Sumqayıtı elektriklə təmin edəcək


İqtisadi inkişaf naziri Heydər Babayev, 12 avqust 2006
İqtisadi inkişaf naziri Heydər Babayev, 12 avqust 2006

Bundan sonra Bakı və Sumqayıtın elektrik enerjisi təchizatı ilə «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» səhmdar cəmiyyətləri məşğul olacaq.


İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, «Barmek» şirkəti ilə təhvil-təslim başa çatana qədər – bir ay müddətində bu şəhərləri enerji ilə «Barmek» təmin edəcək:


«Təşkilati məsələlər bir ay uzana bilər. Çalışacağıq ki, bir ay ərzində həm təşkilati, həm də təhvil-təslim işlərini başa çatdıraq. Əhalidən pulun yığılmasında isə dəyişiklik ola bilər, pul daha çox yığılmalıdır. Həm də hesab edirik ki, «Barmek» 5 il ərzində xidmət səviyyəsini istənilən səviyyəyə qaldırmayıb».


«Barmek» şirkətinin prezidenti Hüseyn Arabul isə hökumət nümayəndələrinin iradlarını qəbul etmir. Bu il iyulun 3-də o, Azərbaycan hökumətinin ona təzyiq göstərdiyini deyib, Bakı və Sumqayıt elektrik şəbəkələrinin idarə olunmasına dair müqavilənin dayandırıldığını bildirmişdi. Cənab Arabul «Barmek»in Azərbaycan hökumətinə iradları ilə bağlı İnvestisiyalar üzrə Beynəlxalq Məhkəməyə də müraciət edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG