Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

«Barmek»lə bağlı istintaq işi hələ iki ay davam edəcək


«Təxminən iki ay ərzində «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» ilə bağlı istintaq işi yekunlaşacaq və müəssisənin vəzifəli şəxsləri öz layiqli cəzalarını alacaqlar». Baş prokuror Zakir Qaralov avqustun 8-də jurnalistlərlə söhbəti zamanı belə deyib. Onun sözlərinə görə, hələ ki, bu məsələ ilə bağlı yeni həbslər və ya yeni dindirmələr yoxdur.


Türkiyənin «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyəti 2002-ci ildə Azərbaycan hökuməti ilə 25 illik müqavilə əsasında fəaliyyətə başlayıb. 2006-cı ildə öhdəliklərini yerinə yetirməməsi iddiası ilə şirkətlə müqavilə pozulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG