Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:00

“Shevardnadze həm Gürcüstanın müstəqilliyini qorudu, həm də demokratik gələcəyin əsasını qurdu”

Hitlerin “Mein kampf” kitabını 2015-ci ildən kim istəyir, çap edə biləcək.

Rusiyada 22 milyon adam var ki, heç bir iqtisadi böhran, sarsıntı onlara təsir etmir.

Dünya mediası bu gün nədən yazır?

SİYASƏT VƏ MƏNƏVİYYAT

Washington Post qəzeti yazır ki, 86 yaşında vəfat edən “Eduard Shevardnadze vaxtilə dünyanı dəyişməyə kömək etdi.”

Çernobıl qəzası olanda o vaxtki sovet lideri Gorbachov susurdu. Ancaq sonra bu barədə məlumat verilməyə başladı və bununla dünya gördü ki, aşkarlıq sözdə deyil, işdədir. O vaxt SSRİ-nin xarici işlər naziri olan Shevardnadze öz xatirələrində yazırdı: “ bu göstərdi ki, siyasət və mənəviyyat daha bir-birindən ayrı deyil”.

National İntererst dərgisi yazır ki, ziddiyyətli şəxsiyyət olmasına baxmayaraq Shevrdanadze çətin dövrdə Gürcüstanın müstyəqilliyini qoruya və ölkənin demokratik gələcəyinin əsaslarını qura bildi.

SU QITLIĞI

SSRİ-nin keçmiş lideri Gorbachov təkcə onun adı ilə adlanan fondun rəhbəri deyil. Gorbachov Cenevrədə qərarlaşan Green Cross İnternational adlı QHT-nin - Fondun rəhbəridir. Bu fond təhlükəsizlik, ekologiya, kasıblıq kimi sahələrdə pisləşən vəziyyətə diqqəti cəlb edir. Project Syndicate dərgisi Gorbachovun su qıtlığından məqaləsini dərc edib. Gorbachov yazır ki, 2025-ci ilə dünyada 1,8 milyard insan suyun tamamilə qıt olduğu ərazilərdə yaşaycaq.

Dünya əhalisinin 3-də 2-si su qıtlığı ilə üzləşəcək.

Gorbachov su qıtlığı ilıə mübarizədə bir məsələyə diqqəti çəkir. O yazır ki, dünyanın içməli su ehtiyatlarının 60 faizi ölkələrin sərhədlıəri boyu yerləşir. Su uğrunda mübarizə indiyə kimi ölkələri ayırıb, ancaq indi əməkdaşlığın vaxtıdır.

AMERİKA ARZUSU

Wall Street Journal qəzeti isə Amerikanın rifahını bərpa edə biləcək ideyaları toplayıb.

Keçmiş nazirlərin, indiki professorların, maliyyəçilərin, iş adamlarının təklifləri bunlardır: dəqiq vergi qanunvericiliyi, aşağı vergilər, ailələrə dəstək, hökumətin səlahiyyətlərini məhdudlaşdırmaq,qanunun aliliyi və s.

Milken İnstitutunun sədri isə yazır ki, “Biz aktyorlara Oscar mükafatı veririk, musiqiçilərə - Grammy, müəllimlərə - heç nə. Halbuki müəllimlər ölkənin gələcəyi baxımından daha vacibdirlər”.

HP compüter şirkətinin keçmiş rəhbəri Carly Fiorina isə hesab edir ki, Amerika o vaxt uğur qazanıb ki, “ iki uşaq anası olan tək qadın asanlıqla yeni biznes qururdu, biznesini də, uşaqlarını da böyüdürdü. Mürəkkəb və baha başa gələn tənzimləmələr onu narahat etmirdi.” Fiorina hesab edir ki, hökumət biznesə yenə nə qədər az qarışsa, işgüzarlığa nə qədər çox imkan verilsə, Amerika üçün bir o qədər yaxşıdır.

MEİN KAMPF NƏŞR OLUNMALIDIRMI?

New York Times qəzeti soruşur ki, almanlar Hitlerin “Mein kampf” əsərini oxumalıdırlarmı? Hitler bu əsərinin əlyazmasını 1924-cü ildə həbsxanada yazıb.

21 il sonra Hitler ölənə kimi bu kitabın 10 milyon nüsxəsi satılıb.

Kitabı nəşr etmək hüququ dövlət qurumu kimi Bavariyaya məxsusdur. Bavaria indiyə kimi bu kitabı nəşr etməyə qoymurdu.

Ancaq bu nəşr hüququ 2015-ci ildə bitir. Bu o deməkdir ki, kim istəsə kitabı çap edə bilər.

Kitabı çap etmək yarışında birinci olmaq istəyən Müasir Tarix İnstitutudur.

İnstitututun ideyası - “Mein kampf” əsərinin şərhlərlə birlikdə tənqidi mətnini çap etməkdir. Bu, kitabın həcmini 2 dəfə artıracaq və gələcək tədiqatlara əsas olacaq. Ancaq Holokost qurbanları Hitlerin kitabının hər hansı bir şəkildə çapının əleyhinədir. Onların fikrincə, bu, istənilən halda, nasizmin canlanmasına gətirəcək. Bavariya hökuməti Müasir tarix institutunun bu layihəsinə 684 min dollarlıq vəsait vermək istəyirdi, ancaq Bavariyanın baş naziri İsrailə səfər edəndən sonra bu layihədə dövlətin iştirakından imtina olundu.

22 MİLYON

Moscow Times qəzeti yazır ki, Rusiyanın orta sinfi siyasi rejimə ən böyük təhlükədir.

Qəzet yazır ki, Rusiyanın orta təbəqəsi mühafizəkardır, sabitliyi xoşlayır və bir qayda olaraq hakimiyyəti dəstəkləyir.

Rusiyanın orta sinfinin istehlak səviyyəsi yuxarıdır, yəni istədiyini ala bilir, orta sinif gözləyir ki, hökumət onların yuxarı gəlirlərini , eləcə də pulsuz təhsil və tibbi xidməti təmin edə biləcək.

Ancaq bütün bunlar bir gün yoxa çıxsa, onda orta sinfin hakimiyyətə dəstəyi də yox olacaq.

Qəzet yazır ki, bu nəticə Rusiyanın Elmlər Akademiyasının Sosiologiya İnstitutunun son araşdırmasından çıxarılıb.

Araşdırmada deyilir ki, Rusiyada orta sinif əhalinin 42 faizidir və Rusiya tarixində ilk dəfə olaraq orta sinif 40 faiz həddini keçib.

Ancaq Qərbdən fərqli olaraq Rusiyada orta sinif nümayəndələrinin böyük əksəriyyəti dövlət sektorunda çalışır.

Araşdırmaya görə, Rusiyada orta sinif nümayəndələrinin 61 fazi öz işindən razıdır. 78 faizi sabitlik istəyir. 22 faizi – dəyişiklik.

Orta sinif 60 milyon adamdan ibarətdir. Araşdrmaya görə, bunların 22,7 milyonu orta sinfin özəyidir. Bütün böhranlara baxmayaraq onların vəziyyəti sabit olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG