Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

İmam təklif edir ki, Britaniyada burqa qadağan olunsun.

Ukrayna böhranı necə oluna bilər?

Braziliyada Dünya Kubokunun statistikası: zərbə azalır, qol çoxalır?

Dünya mediası bu gün nədən yazır?

“MƏKKƏDƏ ÜZ GİZLƏTMƏK QADAĞANDIR”

Times qəzeti Oksford İslam Təhsili Mərkəzinin imamı, doktor T.Hargey-in məktubunu dərc edib. Məktubda imam yazır: “Avropa Məhkəməsi Fransanın burqa qadağnını qüvvədə saxladı. Əslən pakistanlı olan qadının iddiasını rədd etdi ki, guya bu qadağan həmin qadının dini, mədəni və fərdi haqlarını pozur”.

İmam yazır ki, "bu iddia düzgün deyil: Quranda qadının öz üzünü maska altında gizlətməsi tələb olunmur. Pakistanda qadınların üzlərini gizlətməsi kimi ümumi bir mədəniyyət yoxdur."

İmam yazır ki, qadının üzünü gizlətməsi tələbi islamdan qabaq, Qurandan qabaq olan və ümumiyyətlə, islama aid olmayan adətdir.

İmam vurğulayır ki, əgər Məkkədə qadının üzünü gizlətməsi qadağandırsa, niyə bu arxaik qəbilə adətinə Britaniya qanunvericiliyi imkan verir?

İmam hesab edir ki, vəhhabi-sələfilərdən gələn bu təmayülün qabağı alınmalıdır, Britaniya da Fransa kimi burqanı qadağan etməlidir. İmam yazır ki, “ yoxsa bunun peşmançılığını hamımız çəkəcəyik”.

QƏRB İDEYA MÜHARİBƏSİNƏ BAŞLAMALIDIR

National İnterest məcmuəsi yazır ki, hazırda Qərbə lazım olan Rusiya ilə həqiqi ideya müharibəsidir.

Rusiya televiziya, radio, mətbuat vasitəsilə informasiya müharibəsi aparır, Ukrayna partiyalarını gözdən salır, Ukrynanın şərqində və cənubunda Rusiyapərəst əhvalın artması haqda saxa məlumat yayır.

Nastional interest bu cəhdi “görünməmiş cəhd” adlandırır.Rusiyalı şərhçi İgor Eidman isə bunu “müasir tarixdə ən böyük xüsusi informaiya əməliyyatı” hesab edir.

National interest yazır ki, Qərb bu əməliyyata hələ də cavab vermir. ABŞ buna lazım olan maliyyəni də ayırmır. Məsələn, Amerikanın Səsinjin Rusiya redaksiyasının illik büdcəsi 13 milyon dollardır. Bu, Rusiyanın “Russia Today”-nin illik 300 milyon dollar olan büdcəsi ilə müqayisədə bir damladır.

National İnterest hesab edir ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası Avropada yeni siyasi və iqtisadi nizam yaratmaq cəhdidir, ona görə də buna cavab verilməlidir.

UKRAYNA BÖHRANININ HƏLLİ ASANDIR

Foreign Affairs məcmuəsi isə hesab edir ki, indiki Ukrayna böhranının həlli belədir: Ukraynanın neytral statusuna beynəlxalq təminat, Ukraynanın şərqində yaşayan rusdilli əhalinin qorunmasına beynəlxalq təminat. Bunun alternativi isə Ukraynanın parçalanmsıdır və Rusiya ilə Qərb uzunmüddətli qarşıdurma dövrünə qədəm qoyacaq.

QOL ÇOXALIR, ZƏRBƏ AZALIR

Nyu York Universitetinin iqtisadiyyat professoru Daniel Altman Braziliyada Dünya Kuboju yarışlarında maraqlı ziddiyyət tapıb.

O, Foreign Policy dərgisində yazır ki, 2014-cü ilin Dünya Kubokunda 56 oyundan sonra hər oyuna orta hesabla 2,8 qol vurulub. 2010-cu ildə indiki mərhələdə, yəni 56 oyundan sonra - hər oyuna bundan az - 2,2 qol vurulmuşdu.

Qolların sayı artdığı vaxt, qapılara zərbələrin sayı son 4 ildə azalıb.

2014-cü ildə qapılara 1513 zərbə endirilib. Bu da 2010-cu ildə 56 oyundan sonrakı 1810 zərbədən xeyli azdır.

Bu nə deməkdir? Hücumçuların qabiliyyəti artıb yoxsa əksinə, müdafiə olunanların qabiliyyəti azalıb?

Foreign Affairs yazır ki, ola bilsin ki, hər ikisi düzdür: zərbələrin keyfiyyəti artıb, ancaq müdafiənin keyfiyyəti azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG