Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

-

Dünya liderləri Gürcüstanın keçmiş prezidenti Eduard Shevardnadze-nin ölümünə görə başsağlığı verir. Keçmiş prezident 86 yaşında Tbilisidə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rusiya prezidenti Vladimir Putin gürcü xalqına «dərin başsağlığı» verib. Keçmiş sovet lideri Mikhail Gorbachev Shevardnadze-ni «qlobal məsələlərin yeni düzəninin səmimi tərəfdarı» olan «böyük istedadlı insan» adlandırıb.

ABŞ Dövlət Katibi John Kerry yaydığı bəyanatda deyib ki, Shevardnadze «Soyuq Müharibənin sona çatdırılmasında... mühüm rol oynayıb».

Gorbachev 1985-ci ildə Shevardnadze-ni xarici işlər naziri təyin edib. O, Qərblə münasibətlərin istiləşməsində, Soyuq Müharibənin sona yetməsində rol oynayıb.

1992-ci ildə, Zviad Gamsakhurdia-dan sonra Gürcüstan dövlətinə başçılıq edib, parlamentin sədri seçilib. Shevardnadze 1995 və 2000-ci illərdə prezident seçilib.

2003-cü ildə Qızılgül İnqilabı vaxtı istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG