Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:49

«Cənub Axını Bolqarıstan üçün çox vacibdir»


Cənub Axını kəməri Bolqarıstan və Cənub-şərqi Avropa üçün çox vacibdir. Bunu Bolqarıstanın xarici işlər naziri Kristian Vigenin iyulun 7-də rusiyalı həmkarı Sergei Lavrovla Sofiyada keçirilən görüşdə deyib. O, Bolqarıstanın «Avropa Komissiyasının tikintinin başlanmasına yardım edəcəyinə» ümid bəslədiyini də söyləyib.

Bolqarıstan hökuməti mayda bəyan edib ki, kəmərin özünə aid hissəsinin tikintisini dondurur. Bu kəmər Rusiya təbii qazını Qara Dəniz vasitəsilə Balkanlardan keçərək Avropa Birliyinə çatdırmalıdır. Brüssel kəmərin AB-nin anti-inhisar qanunlarını poza biləcəyindən narahatdır.

İyulun 8-də Lavrov daha bir Cənub Axını tranzit ölkəsi – Sloveniyaya səfər edir.

Bu arada Rusiya baş naziri Dmitry Medvedev bəyan edib ki, Moskva və Belqrad yaxın günlərdə Cənub Axını üzrə razılaşma əldə edə bilər. Medvedev iyulun 7-də Moskvada Serbiyanın baş naziri Aleksandar Vucic-lə görüşüb.

XS
SM
MD
LG