Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:40

Qərbə qaçan KQB zabitinin ilk arzusu-Mətbuat icmalı


Riqada KQB-nin keçmiş qəragahı
Riqada KQB-nin keçmiş qəragahı

ABŞ-ın qıraqdan dayanıb-baxması onun dünya liderliyini əlindən alacaq.

Erdoganın ambisiyaları Türkiyənin gələcəyinə təhlükədir.

22 il əvvəl Britaniyaya qaçan KQB zabiti hansı sirləri açdı?

Dünya mediası bu gün nədən yazır?

ABŞ-IN QLOBAL LİDERLİYİ YOX OLUB-GEDİR

Washington Post qəzeti “Birləşmiş Ştatların qlobal liderliyi yox olub gedir” başlıqlı məqaləsində yazır ki, idmanla həyat oxşardır. Məşçqçilər yaxşı bilirlər ki, səhvdən qorxub passivlik etmək idmançı üçün nə qədər təhlükəliudir.

Bu qayda ölkələrə də aiddir. Həddən artıq ehtiyatlı olmaq ölümcül nəticələrə gətirir.

Qəze yazır ki, hazırki dövrdə Avropa gərginlik yaşayır, Rusiya Ukraynada macəra axtarır, Asiyada Çin başını qaldırır. Bunların hamısının ABŞ üçün çox ciddi nəticələri olacaq. Belə bir vəziyyətdə ABŞ öz müttəfqlərinin arxasında durmaq istəyirmi? – Buna çox ciddi şübhələr var.

Qəzet hesab edir ki, belə durumda ABŞ-ın passiv dayana biləcəyi vaxtlar artıq geridə qalıb. İndiki vəziyyət ABŞ-ın aktiv müdaxiləsini tələb edir.

İDDİALI ERDOGAN

Financial Times qəzeti “Erdoganın ambisiyası və Türkiyənin gələcəyi” məqaləsində yazır ki, baş nazirin hər şeyi nəzarətə almaq istəyi Türkiyənin rifahına təhlükədir.

2002-ci ildə islamçı AK partiya hakimiyyətə gələndən sonra Türkiyənin sabitsiz hökumət koalisiyaları dövrünə son qoyuldu, o vaxtdan Türkiyə iqtisadiyyatı dollar hesabı ilə 3 dəfə artıb. İndi Erdogan prezident olmaq oistəyir. Ancaq vəziyyət dəyişib: Türkiyə iqtisadiyyatı zəifləyir, Türkiyənin beynəlxlq aləmdəki nüfuzu azalır.

Son iki ildə Erdoganın Fətullah Gulenlə davası hökumətin korrupsiya qalmaqallarına gətirdi. Gulen tərəfdarlarının ölkənin bürokratik sistemində güclü dayaqları var.

Korrupsiya qalmaqallarına Erdogan istintaqlarla cavab verdi, onun öz sərt idarəçiliyini yumşaltmasının əlamətləri görünmür.

Qəzetin yazdığına görə, Erdogan ümid edir ki, ölkənin parlament sisteminə əsaslanan siyasi sistemini özünün dövlət başçısı kimi nüfuzuna və xarizmasına əsaslanan siyasi sistemə çevirə biləcək. Tənqidçiləri isə xəbərdarlıq edirlər ki, bu, güclü avtoritarizmə gətirəcək.

2011-ci ildə Erdogan növbəti dəfə baş nazir olandan o, davranışı əvvəlcədən proiqnozlaşdırıla bilməyən siyasətçiyə çevrilib.

Qəzet hesab edir ki, prezident seçkilərində Erdogan birinci mərhələdə udmasa yaxşıdır. Bu, Türkiyə üçün yaxşı olacaq. Erdogan ən azı yeni sınağa çəkilməlidir.

Qəzet yazır ki, Erdoganı hazırda Atatürkə yox, daha çox Putinə oxşadırlar. İndiki Erdoganın Türkiyəsi onun baş nazir olduğu ilk 10 ildəki Türkiyə deyil. İndiki Türkiyə o vaxtki Türkiyə kimi heyranlıq doğurmur.

QƏRBƏ QAÇAN KQB ZABİTİNİN İSTƏYİ

Guardian qəzeti Qərbə qaçan KQB zabitinin açdığı sirlərin indi nəşr olunmasından yazır.

Vasili Mitrokhin Latviyanın paytaxtı Riqada Britaniyada səfirliyinə gələndə onun ilk tələbi o olub ki, onun açdığı sirlər mütləq nəşr olunmalıdır. Hamı bunları bilməlidir.

Onun bu arzusu 20 ildən sonra həyata keçir.

Mitrokhinin KQB arxivindən etdiyi 2000 səhifəlik qeydlər indi nəşr ounur.

Həmin qeydlərdə deyilir ki, Britaniyanın nüvə reaktoru texnologiyaları assosiasiyasının katibi və kommunist partiyasının üzvü olan Melita Norwood nüvə sirlərini SSRİ-yə ötürürmüş. Onu 1935-ci ildə RİTA-Sitanın Britaniyada müxbiri olan Rotstein casusluğa cəlb edib.

Mitrokhinin qeydlərində bildirilir ki, solçu Tribune qəzetinin redaktoru, Dan ləqbli jurnalist 1960-cı illərdə “KQB təbliğatına əsaslanan” materiallar dərc edirdi.

Mitrokhin Riqada Britaniya səfirliyinə 1992-ci ildə qaçıb. Mitrokhin iddia edirdi ki, KQB-nin Britaniyada 200 agenti barədə onda məlumat var.

Mitrokhin KQB-nin Polşa kardinalı, sonradan Roma Papası olan İİ İoan Paveli necə izləməsi barədə məlumat verirdi.

Mitrokhin deyirdi ki, keçmiş CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) zabiti Philip Agee KQB-dən aldığı məlumatlardan istifadə edirdi.

Mitrkhinin sözlərinə görə, Andropov 1968-cı ildə Praqada xalq üsyanının yatırılmasında həlledici rol oynayıb. Mitrokhin 15 tələbə liderinin və redaktorun adı olan siyahı verib ki, bu, Andropovun Tərəqqi adlandırdığı xüsusi əməliyyat idi.

ABŞ-ın FBİ (Federal Təhqiqat Bürosu) Miutrokhinin verdiyi materiaları indiyədək kənardan alınan “ən dolğun və geniş sənədlər” adlandırıb.

Ancaq bunun tənqidçiləri də var. Kəşfiyyat ekspertləri deyirlər ki, KQB öz agentlərinin sayını və kontaktlarını qəsdən şişirdirdi ki, Sovet rəhbərliyindən daha çox büdcə ala bilsin.

Tribune qəzetinin redaktoru Dick Clements isə onun Dan ləqəbi ilə KQB-yə işləməsi iddiasını tamamilə cəfəngiyyat adlandırıb.

O da maraqlıdır ki, Mitrokhin 2 min səhifəlik sənədlərlə Riqada əvvəlcə ABŞ səfirliyinə qaçmaq istəyib, ancaq burda növbə uzun olduğuna görə Britaniya səfirliyinə gedib.

Mitrokhin 2004-cü ildə Britaniyada vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG