Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

Bir il sonra abxaz və gürcü nə düşünür?


«Abxaziya və Cənubi Osetiya məsələsi bir-birindən fərqlənir»

«Abxaziya və Cənubi Osetiya məsələsi bir-birindən fərqlənir»

GÜRCÜ BAXIŞI

Gürcü politoloq Torinike Şorşinidzeyə görə, bu məsələdə abxazlar arasında konsensus yoxdur.

«Abxazlardan bəzisi Rusiyanın onların müstəqilliyini tanımasından, Rusiya hərbi bazalarının orda yerləşdirilməsindən məmnundurlar. Amma heç də hamı bundan razı deyil. Doğrudan da, Rusiyanın Abxaziyada olması bu ərazidə təhlükəsizliyi təmin edir, bu sözdə həqiqət payı var. Rusiya rəsmi şəkildə müdafiəni öz üzərinə götürür. Amma əslində, Rusiyanın burda öz maraqları var, Qara dəniz sahillərinə çıxış əldə edir. Buna görə də Moskva üçün Cənubi Osetiya Abxaziya ilə müqayisədə elə də əhəmiyyət kəsb etmir. Çünki orda dəniz, kurort yoxdur…»

ABXAZ BAXIŞI

Qəzet redaktoru İnal Xaşıq deyir ki, Rusiya Abxaziyanı tanıdı və bununla son bir ildə abxazlar özünü daha müdafiə olunmuş, daha təhlükəsiz hiss etdilər:

«Əvvəlki illərdə belə hiss vardı ki, indicə müharibə başlayacaq, bu qorxu indi yoxdur».

Proqramın aparıcısı Andrey Babitski soruşur ki, Rusiya siyasi baxımdan bəlkə də ən uğurlu tərəfdaş deyil. Bu ölkədəki proseslər göstərir ki, Moskva demokratiyadan uzaqlaşır, avtoritar keçmişə qayıdır, belə qonşu ilə yaxınlıq Abxaziya üçün nə verə bilər?

İnal Xaşıq deyir ki, bu yolu abxazlar seçməyiblər. Qərb özü də onu Rusiyanın qucağına itələyib:

«Abxaziya 16 ildir ki, müstəqildir. Abxazlar istərdilər ki, onları çox ölkə tanısın. Osetiyadan fərqli olaraq biz müstəqilliyə Rusiyanın tərkibinə daxil olmaq üçün keçid dövrü kimi baxmırıq».

İnal Xaşıqın sözlərinə görə, Abxaziya rəsmiləri uzun illər çoxşaxəli xarici əlaqələr qurmağa cəhd göstəriblər:

«Bura Rusiya da daxiliydi, Avropa Birliyi də, Türkiyə də. Türkiyədə yarım milyona yaxın abxaz yaşayırdı. Biz tək Rusiya ilə yox, regional oyunçuların hamısı ilə əlaqə qurmağa hazır idik».

İnal Xaşıqa görə, Qərb Abxaziyanı Gürcüstanın tərkibində qalmağa sövq edirdi:

«Bəlkə də onların bu baxışı köhnə antisovet baxışlarla bağlıydı. Elə Rusiyanın da müxtəlif vaxtlarda bizə münasibəti fərqli olub. Yeltsin dövründə bizi blokadada saxlayır, Gürcüstanın tərkibinə qayıtmağa vadar edirdilər. Amma Putin dövründə vəziyyət dəyişdi, Moskva məsələyə baxışlarını dəyişə bildi. Mən demək istəyirəm ki, bu gün bizim Rusiyanın siyasi-iqtisadi məkanında olmağımız Abxaziya rəsmilərinin günahı deyil, sadəcə, Avropa da, ABŞ da bizi buna doğru itələdi».

GÜRCÜ BAXIŞI

Gürcü politoloq Tornike Şarşinidze:

«Abxaziya və Cənubi Osetiya məsələsi bir-birindən fərqlənir. Bəli, abxazların müstəqillik təcrübəsi var, onların müstəqillik istəyi osetinlərdən güclüdür. Amma bu da var ki, abxazlar bölgədə azlıq təşkil edir. Onlarla yanaşı burda ermənilər və gürcülər də yaşayır. Bu, nə qədər davam edəcək, abxazlar bölgədə nə qədər özlərini dominant etnos kimi apara biləcəklər, demək çətindir».

Gürcü politoloqa görə, bu durumda abxazların müstəqillik davası onlara təhlükə vəd edir:

«Abxaziya müstəqil siyasət apara bilməyəcək, siyasəti hərbi bazalar aparacaq. Rusların abxazların müstəqilliyində maraqlı olduğunu demək çətindir. Biz narahatıq ki, bu durumda abxazlar Rusiya imperiyasının içərisində itə bilərlər».

Gürcü politoloq yaranmış vəziyyətə görə, Gürcüstan rəhbərliyini qınayır, özü də tək Mixail Saakaşvilini yox, ondan əvvəlkiləri də.

Şərhləri göstər

XS
SM
MD
LG