Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:56

AB-nin Gürcüstandakı müşahidəçiləri zirehli maşında gəzəcək


Avropa Birliyi Gürcüstandakı müşahidəçilərinin müddətini uzatdı
Avropa Birliyi Gürcüstandakı müşahidəçilərinin müddətini uzatdı
Avropa Birliyi Gürcüstandakı müşahidə missiyasının müddətini daha bir illiyə - 2010-cu ilin sentyabrına qədər uzatdı. Qərar bu gün – iyulun 27-də Birlik ölkələri Xarici İşlər nazirlərinin toplantısında verilib.

Avropa Birliyinin 246 nəfərdən ibarət mülki müşahidəçiləri Rusiya ilə Gürcüstan arasında atəşkəsin qorunmasına nəzarət edir.

Avqustun 8-i – Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin birinci ildönümü yaxınlaşır. İndi hamı bu münasibətlə təmas xəttində mümkün arzuolunmaz hərəkətlərdən narahatdır.

«Azadlıq» radiosunun Brüsseldəki müxbiri xəbər verir ki, Avropa Birliyi öz müşahidəçilərinə təlimat verib ki, təmas xəttinə 4 kilometr məsafəyə qədər yaxınlaşanda zirehli avtomobillərdən istifadə etsinlər.

Avropa Birliyi bugünkü qərarında həmçinin Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiya rəhbərlərinin müşahidəçiləri bu ərazilərə maneəsiz buraxmağını istəyib. Brüssel həmçinin bir daha Rusiyanı qoşunlarını münaqişədən əvvəlki mövqelərinə geri çəkməyə çağırıb.

Keçən ilin avqustunda Gürcüstanla qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın hər iki separatçı bölgələrini dövlət kimi tanıyıb. Rusiya BMT və ATƏT-in həmin bölgələrdəki müşahidə missiyasının vaxtını uzatmağa imkan vermədiyindən onlar ərazini tərk ediblər. Beləliklə də hazırda Gürcüstanın separatçılarla təmas xəttində baş verənləri yalnız Avropa Birliyinin müşahidəçiləri izləyir, onları da Abxaziya və Cənubi Osetiyaya buraxmırlar.

Avropa Birliyi Gürcüstandakı müşahidəçilərinin müddətini uzatdı, həmin müşahidəçilərin tərkibində ABŞ nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik açıq qalır. Bunu Gürcüstanın prezidenti Mixeil Saakaşvili Avropa Birliyi və ABŞ-dan xahiş edib.

Avropa Birliyinə üzv olan ölkələrin bir çox hesab edir ki, ABŞ-ın bu missiyaya qoşulması onların əsas enerji mənbələri olan Rusiyanın qəzəbinə səbəb ola bilər.

İtaliyanın Xarici İşlər naziri Franko Frattini bu gün Brüsseldə jurnalistlərə bildirib ki, Avropa Birliyinə üzv olmayan ölkələrin bu missiyada iştirakları, nə qədər nümayəndə göndərmələri barədə müzakirə açmaq hələlik tezdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG