Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:53

Avropa Birliyi «Transxəzər»ə xeyir-duasını verdi


Avropa Komissiyasının mətbuat katibi Ferran Tarrandellas, 14 iyun 2005

Avropa Komissiyasının mətbuat katibi Ferran Tarrandellas, 14 iyun 2005

Avropa Birliyi rəsmiləri bu nəticəyə gəliblər ki, «Transxəzər» qaz kəməri iqtisadi cəhətdən sərfəlidir. Həmin kəmər Orta Asiya qazını Xəzərin dibiylə Azərbaycana, buradan Gürcüstana və Türkiyəyə, ordan da Avropa Birliyinə daşımalıdır.


Noyabrın 30-da Brüsseldə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkmənistan nümayəndələri ilə görüşdə Avropa Birliyi elan edib ki, «Transxəzər» kəmərinin iqtisadi araşdırması başa çatıb. Avropa Komissiyasının mətbuat katibi Ferran Tarrandellas «Azadlıq» radiosuna deyib ki, 700 səhifəlik araşdırmanın nəticəsi müsbətdir:


«Ekspertlər və mümkün sərmayədarlardan aldığımız ümumi rəy belədir ki, Xəzərin dibiylə bu qaz dəhlizi çox pozitiv fikirdir».


Tarrandellas onu da deyib ki, araşdırmaya layihənin ekologiyaya təsiri, alternativ kəmərlərə rəqabət qabiliyyəti və s. məsələləri də cəlb edilib. Yalnız bir məsələyə toxunulmayıb ki, bu da Xəzərin statusudur. Çünki, Rusiya Xəzərin statusu müəyyən olunmayınca, orada bu cür layihələrin mümkün olmadığını deyir.


Bununla belə, Avropa Birliyi artıq kəmər layihəsini necə maliyyələşdirməyi düşünür. Yeni kəmər işə düşəndə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə birləşməlidir. Avropa Birliyinin ehtimalına görə, Xəzər regionu 13 ildən sonra Avropanın qaza ehtiyacının 15 faizini ödəyə biləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG