Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:32

«Gürcüstanı Rusiya ilə yeni müharibə gözləyir»


Keçmiş səfirlər ABŞ-ı və Avropa Birliyini Gürcüstanda «yeni faciənin» qarşısını almağa çağırıblar
Keçmiş səfirlər ABŞ-ı və Avropa Birliyini Gürcüstanda «yeni faciənin» qarşısını almağa çağırıblar
«Gürcüstanı Rusiya ilə yeni müharibə gözləyir». Üç məşhur diplomat bu iddiadadır. Bunu Birləşmiş Ştatların Gürcüstandakı keçmiş səfirləri Viliam Kourtney, Kennet Yaloviz və Avropa Komissiyasının Gürcüstandakı səfiri Denis Krobi mayın 6-da «The New York Times»da çap olunan məqalələrində qeyd edirlər. Keçmiş səfirlər ABŞ-ı və Avropa Birliyini Gürcüstanda «yeni faciənin» qarşısını almağa çağırıblar.

Müəlliflərdən biri Denis Krobi «Azadlıq» radiosunun gürcü xidmətinə müsahibəsində narahatlığını bu amillərlə izah edir: Gürcüstanın separatçı regionlarındakı Rusiya hərbi qüvvələrində, Qara dənizdəki donanmada vəziyyət, NATO-nun hərbi təlimlərinə Moskvanın verdiyi reaksiya, Gürcüstanda əhalinin əhvalı və s. O, təhlükəni göstərən amillərin getdikcə daha da artdığını bildirir.

Keçmiş diplomat hesab edir ki, ABŞ prezidenti Barak Obama iyun ayında Moskvaya səfəri zamanı Gürcüstan məsələsində Moskvaya qadağa xəttini göstərməlidir.

Bəs, Rusiya həmin qadağa xəttini keçsə, nə baş verəcək? Keçmiş diplomat Krobinin həmin suala cavabı bu cürdür:

- Rusiya çox aydın bir mesaj almalıdır ki, əgər qırmızı xətti keçsə, ABŞ-la münasibətlərin yenilənməsi prosesi dayanacaq. Gürcüstan məsələsinin vəziyyəti bu dərəcədə yüksəldəcəyini düşünmək çətindir. Əgər Rusiya bu yay risk etmək qərarına gəlsə, bu, beynəlxalq ictimaiyyəti qəzəbləndirəcək, bənzərsiz etirazlar olacaq. Amma Rusiya əvvəlcədən başa düşməlidir ki, bunun ötən avqustda Cənubi Osetiya faciəsində olduğundan daha ağır nəticələri ilə üzləşəcək.

Rusiyanın Gürcüstanda yeni hərbi əməliyyatlara hazırlaşdığını deyənlər təkcə Denis Krobinin də daxil olduğu üç keçmiş səfir deyil.

Tanınmış rusiyalı təhlilçi Pavel Felgenqauer də bu il fevral ayında «Azadlıq» radiosunun Brüsseldəki müxbirinə müsahibəsində demişdi ki, Rusiya ilə Gürcüstan arasında yeni müharibənin başlanma ehtimalı böyükdür. Pavel Felgenqauer ötən ilin avqustunda başlanan müharibəni də əvvəlcədən planlaşdırmışdı.

Həmin qısamüddətli müharibənin nəticələrinin aradan qaldırılması üçün BMT, ABŞ, Avropa Birliyi və ATƏT gələn həftə Cenevrədə müzakirələr təyin edib. Mayın 18-19-da keçiriləcək müzakirələrdə Rusiya, Gürcüstan və onun separatçı bölgələrinin iştirak etməsi planlaşdırılıb.

Amma Rusiyanın himayəsində olan Gürcüstanın separatçı bölgəsi Abxaziya görüşdə iştirakdan imtina edib. Səbəb kimi də BMT-nin Baş katibi Ban ki-Munun müzakirələrin yekunu kimi nəzərdə tutulan məlumat layihəsinin onlara vaxtında göndərilmədiyini bildirirlər.

Separatçı Abxaziyanın Xarici İşlər naziri Sergey Şamba «Röyters» agentliyinə bildirib ki, onlar həm də BMT-nin sənədində Abxaziyanın Gürcüstanın tərkibində göstərilməsinə etiraz edirlər.

Abxaziya və Cənubi Osetiya 1990-cı illərdən Tbilisinin nəzarətindən çıxıb. Keçən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibədən sonra Rusiya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG