Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:33

Separatçılar müstəqilliklərinin ildönümünü qeyd edirlər


Əhali Cənubi Osetiyanın müstəqilliyinin 1-ci ildönümünü bayram edir, Tsxinvali, 26 avqust 2009
Əhali Cənubi Osetiyanın müstəqilliyinin 1-ci ildönümünü bayram edir, Tsxinvali, 26 avqust 2009
Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiya Rusiyanın onların müstəqilliyini tanımasının ildönümünü qeyd edir.

Bu, ötən yay Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən bir neçə həftə sonra baş verdi. Rəsmi Moskva separatçı bölgələr Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla dünyanı heyrətləndirdi. Rusiyanın bu addımı Tbilisini nə qədər qəzəbləndirdisə, Tsxinvalı və Suxumi bir o qədər sevindi. Amma bu sevinc onların müstəqilliyini Nikaraquadan başqa digər dövlətlər tanımadıqca azalmağa başladı.

İndi hər iki bölgə qeyri-müəyyənlik içindədir və getdikcə daha çox Rusiyanın məngənəsinə keçir.

«BU, KİPR, TAYVAN MƏSƏLƏSİ QƏDƏR UZUN OLACAQ»

Şərhçilər isə deyirlər ki, bu narahatlıq hələ yaxın gələcəkdə də davam edəcək. Mount Holyoke Kollecində beynəlxalq münasibətlər üzrə professor, Gürcüstanla bağlı bir neçə kitabın müəllifi Stefan Cons:

«Bu, Kipr, Tayvan məsələsi qədər uzun olacaq. Mən bu ərazilərin asanlıqla Gürcüstana qayıdacağını düşünmürəm. Və onlar Gürcüstandan ayrı qaldıqca get-gedə bir-birindən daha çox aralanacaqlar. Mən bu aralıqda və hətta uzun müddət ərzində məsələnin həlli yolunu görmürəm».

Suxumi sakinləri Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasını bayram edirlər, 26 avqust 2008
Yaxın müddət ərzində beynəlxalq birliyin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla bağlı mövqeyində hər hansı dəyişikliyin olacağı ehtimalı da olduqca azdır.

«MÜHARİBƏ HƏR ŞEYİ DƏYİŞMƏDİ, AMMA BƏZİ ŞEYLƏRİ DƏYİŞDİ»

Və bu müəmmalı status-kvo uzandıqca, şərhçilərin dediyinə görə, Moskva bu ərazilərdə öz nəzarətini daha da gücləndirə bilir. Kolumbiya Universitetinin beynəlxalq siyasət üzrə professoru və «Etibarsız demokratiya: Amerikanın xarici siyasəti və Gürcüstanın qızılgül inqilabı» kitabının müəllifi Linkoln Mitçell izah edir:

«Bu münaqişə yenidən dondurulub, amma vəziyyətin reallığı fərqlidir. Müharibə hər şeyi dəyişmədi, amma bəzi şeyləri dəyişdi. Və dəyişən şeylərdən biri də odur ki, bu ərazilər indi bir il əvvəl olduğundan daha çox Rusiyanın bir hissəsidir. Vəziyyətin bu cür qalması Rusiyanın bu ərazilərə yiyələnməsini asanlaşdırır».

Rusiya həqiqətən də təsir rıçaqlarını əldən vermir. Moskvanın rəsmi açıqlamasına görə, Rusiyanın Abxaziya və Cənubi Osetiyada birlikdə 7600 nəfərlik qoşunu var. Amma müstəqil hərbi şərhçilər bu rəqəmin 10 min olduğunu deyirlər. Moskva həmçinin élan edib ki, Abxaziyanın limanında, Gürcüstanı Abxaziyadan ayıran atəşkəs xəttinə yaxın dəniz bazası tikmək niyyətindədir. Digər bazalardan da birinin Abxaziyada, birinin isə Cənubi Osetiyada tikilməsi planlaşdırılır.

Bundan başqa, Abxaziya lideri Sergey Baqapş həm də razılığa gəlib ki, Rusiya onun sərhədlərinə, hava limanına və dəmiryolu sisteminə nəzarət etsin.
Moskvanın rəsmi açıqlamasına görə, Rusiyanın Abxaziya və Cənubi Osetiyada birlikdə 7600 nəfərlik qoşunu var. Amma müstəqil hərbi şərhçilər bu rəqəmin 10 min olduğunu deyirlər.
Rusiyanın Baş naziri Vladimir Putin Abxaziyaya səfəri zamanı bu bölgənin müdafiəsinə 460 milyon dollara yaxın vəsait ayıracaqlarını da vəd edib.

ABXAZİYA VƏ CƏNUBİ OSETİYANIN FƏRQLİ MÖVQEYİ

Rusiyanın hər iki separatçı bölgənin müstəqilliyini tanmasının bir illiyində Rusiya və Cənubi Osetiya rəsmiləri Tsxinvali ətrafında yeni mənzillər tikilmiş qəsəbənin açılışını da edəcəklər. Ötən yaydakı müharibədən öncə gürcülərin yaşadığı bu qəsəbəyə «Moskva rayonu» adı da verilib.

Amma şərhçilərə görə, hər iki bölgənin müstəqilliyinin Nikaraquadan başqa digər dövlətlər tərəfindən tanınmaması Rusiya üçün diplomatik məğlubiyyətdir.

Bu arada Abxaziya və Cənubi Osetiyanın öz müstəqilliklərinə yanaşma tərzi kəskin fərqlənir.

Turistləri cəlb etmək üçün Qara dəniz sahillərindən istifadə etməyə can atan Abxaziya rəsmiləri deyirlər ki, onlar öz dövlətərinin statusuna ciddi önəm verirlər və Rusiyanın faktiki müstəmləkəsinə çevrilmək fikrində deyillər. Yoxsullaşmış və dənizə çıxışı olmayan Cənubi Osetiya isə açıq-aydın deyib ki, uzunmüddətli məqsədi Şimali Osetiya ilə Rusiyanı birləşdirməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG