Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:58

Türklər İran kitabxanasında öz irslərini axtarırlar


İran və Türkiyə milli kitabxanalarının direktorları. IBNA
İran və Türkiyə milli kitabxanalarının direktorları. IBNA

- Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman İran Milli Kitabxana və Arxiv Mərkəzinin direktoru Seyyid Rıza Salehi ilə Tehranda ortaq mətbuat konfransı keçiriblər.

Onlar elan ediblər ki, İran Milli Kitabxanasında Türkiyə otağı, Türkiyə Milli Kitabxanasında isə İran otağı açılacaq və bu otaq "İran pəncərəsi" adlanacaq.

Türkiyə Milli Kitabxanasının direktoru deyib:

“Bir türk Türkiyə tarixini yaxşı bilmək istəyirsə, İran tarixini də yaxşı bilmək məcburiyyətindədir. Çünki bizim tarixdə ortaq sevinc və kədərlərimiz var.”

Türkiyə Milli Kitabxanasında 28 min farsca yazılmış əlyazma, İranda isə təkcə Osmanlı dövrünə aid 1200-ə yaxın əsər var. Türk tərəfi deyib ki, İrandakı türk materiallarının kataloqunu çıxararaq, Türkiyənin akademik çevrələrinin istifadəsinə vermək istəyirlər.

"Biz kültür qurumları yeni gələn nəsillərə bu ortaq rənglərimizi tanıtdırmaq məsuliyyəti daşıyırıq… Mövlanənin əsərlərini dünyaya tanıtmaq hər iki ölkənin boynunun borcudur... Ortaq əsərləri UNESCO-da beynəlxalq qeydiyyata aldırmalıyıq” - deyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG