Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:20

Kitabxanada tibb bacısı, saç ustası kursları


Xəlil Rza Ulutürk adına kitabxananın elanları
Xəlil Rza Ulutürk adına kitabxananın elanları

-

Bakı şəhərinin mərkəzində yerləşən Xəlil Rza Ulutürk adına Kitabxana tibb bacısı, dərzilik, bərbərlik kurslarımı təşkil etməlidir?!

Kitabxana necə olmalıdır?

Yerli kitabxanalar aid olduqları icmada kitabları təbliğ edən tədbirlər keçirməlidirlər. Kitabxanaçılar oturub nə vaxt oxucu gələcəyini gözləməməli, özləri onları cəlb etməlidirlər. Bunun dünyada ən geniş yayılmış üsulu kitab klubudur.

İnkişaf etmiş ölkələrdə də yerli kitabxanaların qarşısına elanlar vurulur. Həmin elanlarda bu və ya başqa kitabı üç-dörd həftə ərzində oxumaq üçün götürmək, sonra ayda bir dəfə axşamüstü onu müzakirə etmək üçün kitabxananın Kitab klubunda toplaşmaq təklif olunur.

Hansı kitablar çıxıb kitab mağazalarında satışa qoyulursa, həmin kitabları kitabxanadan da almaq mümkün olur.

Yerli kitabxanalarda təkcə kitablar təklif olunmur, ölkədə və regionda çıxan qəzet və jurnalların son nömrələri də olur. Üstəlik, oxucuların "New Yorker" kimi tanınmış dərgilərin İnternet arxivinə girə bilməsi üçün kitabxanalar həmin dərgilərə pul ödəyib onlayn abunə də olurlar.

Yerli kitabxanaları sakinlər arasında gediləsi məkana çevirən vasitələrdən biri orada kompüterlərdən və İnternetdən gündə 1-2 saatlıq pulsuz istifadənin mümkünlüyüdür.

Yerli kitabxanaların sosial şəbəkələrdəki hesabları yeni çıxan və kitabxanaya daxil olan kitabları təbliğ etmək işində son dərəcə aktiv olur.

Kitabxana məqsədindən niyə sapır?

Bizdə bir neçə kitabxanaçılıq fakültəsi var. Bakı Dövlət Universitetində bu il kitabxanaçılıq-iformasiya fakültəsinin 50 illiyi qeyd olunmaqdadır. Azərbaycan dili, Ədəbiyyat fakültələrilə bərabərhüquqlu bir fakültədir. Kəndlərdə, müəllim çatışmayan yerlərdə bu fakültə məzunlarının ədəbiyyat müəllimi işləmək hüququ da var.

Bu fakültələrdən bir neçə ixtisas üzrə məzun olurlar: Kitabşünaslıq, Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana fondlarının formalaşması və istifadəsi və sair ixtisaslar. Bunun bakalavriatı və magistraturası var. Bunun əyanisi və qiyabisi var.

Sual ortaya çıxır. Bəs o kitabxanaçılar haradadırlar?

Kitab hörmətdən düşüb. Bəs kitabxana kitabı təbliğ etmək üçün nə edir?

Bakı şəhərinin mərkəzində yerləşən Xəlil Rza Ulutürk adına Kitabxana tibb bacısı, dərzilik, bərbərlik kurslarımı təşkil etməlidir?!

X.R.Ulutürk adına kitabxananın Facebook səhifəsi isə kitablar haqda bir dənə də paylaşım etmir, əvəzində Azərbaycanın komik aktyorlarının şəkillərini paylaşır, xalqın Ramazan bayramını təbrik eləyir.

XS
SM
MD
LG