Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 18:49

Gəncədə hicab yasağına etiraz aksiyası keçirilib


Dekabrın 24-də günorta saat 2-də Gəncədə Şah Abbas məscidinin yaxınlığında 100-dən çox dindar etiraz aksiyası keçirib. Onlar orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz ediblər. Aksiyaçılar “Allahu Əkbər” şüarı səsləndiriblər.

Bu gün prezident İlham Əliyevin ad günü münasibətilə Gəncədə tort kəsilməsi ilə bağlı Şah Abbas məscidinin yaxınlığındakı Heydər Əliyev meydanında da güclü polis nəzarəti vardı.

Dindarların aksiyasını polislər dağıdıb. Qadınlarla da kobud rəftar edilib. Polis aksiyada onlarla adam saxlayıb. Bu haqda hər hansı aşıqlama verməyib.

Polis hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşı ilə qaba rəftar edib. Onun çəkiliş aparmasına imkan verməyib.

Dekabrın 10-da bir qrup dindar Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdi. Hicablı şagirdlərin dərslərə buraxılmamağına etiraz edən dindarlardan 20-yə yaxını polis tərəfindən saxlanmışdı.

Təhsil Nazirliyi hicablı şagirdlərin dərslərə buraxılmamağı ilə bağlı göstəriş verib. Artıq onlarla məktəbli bir həftədir ki, dərslərdə iştirak edə bilmir. Nazirliyin mövqeyinə görə, orta məktəb şagirdlərinin geyimi qanunvericiliyin tələblərinə cavab verməlidir. Hicab yasağı universitet tələbələrinə şamil olunmur.

Hicab yasağına qarşı Bakının Nardaran qəsəbəsində, Masallı Astara rayonlarında da etiraz aksiyaları keçirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG