Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:23

Astarada dindarlar yürüş ediblər


Aşura günü ilə əlaqədar Astarada ticarət şəbəkələri işləməyib. Rayonun orta məktəblərində də dərs keçirilməyib. Əhali səhər saatlarından məscidlərə üz tutub.

Ərçivan kəndinin Məhəmməd Hənəfiyə məscində toplaşan dindarlar Bakı-Astara yoluna çıxaraq Gəzəndaş türbəsinə yürüş ediblər. Məscidlə türbə arasında 2-3 kilometr məsafə var. Yürüş zamanı maşınların hərəkəti dayanıb.

Gəzəndaş türbəsində çıxış edən dindarlar hicabın qadağan edilməsinə də etirazlarını bildiriblər.

Polis hadisələrin gedişinə nəzarət etsə də baş verənlərə müdaxilə etməyib.

Dindarlar Lənkəranda da Aşura günü Böyük və Kiçik Bazar məscidlərin həyətlərinə toplaşıblar. Məscidlərdə mərsiyələr deyilib. Bununla yanaşı hicabın qadağan edilməsinə də etirazlar səslənib.
XS
SM
MD
LG