Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

Nardaranda Misir Mərdanovun şəkilləri yandırıldı


Əllərində yaşıl və qara bayraqlar tutan iştirakçılar bildiriblər ki, aksiyaları davam edəcəklər
Əllərində yaşıl və qara bayraqlar tutan iştirakçılar bildiriblər ki, aksiyaları davam edəcəklər
Dekabrın 18-də 200-ə yaxın adam Nardaranda İmam Hüseyn meydanına toplaşaraq mitinq keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağaya etirazlarını bildiriblər.

Çıxış edənlərdən Hacı Əbülfəz deyib ki, hicaba qadağa qoyulması «düşünülmüş dövlət siyasətinin son məqamıdır»:

«Bu, rejimin apardığı siyasətin son məqamıdır. Bu, rejimin də sonudur. Çünki hicab namusumuzdur. Bir kişinin namusuna toxunurlarsa, onun qeyrətini əlindən alırlar. Bundan böyük itirəcək məqamımız yoxdur. Bu, birinci siyasət deyil. Dövlətin azana qoyduğu qadağanı hamımız xatırlayırıq. Bundan qabaq Quran təhqir olunmuşdu. Məscid uçuran hökumətdir bu».

Əllərində yaşıl və qara bayraqlar tutan iştirakçılar bildiriblər ki, aksiyaları davam edəcəklər.

Nardaranlılar hicabın qadağasının əleyhinə dekabrın 16-dan imzatoplama kampaniyasına başlayıblar. Aksiya zamanı bildirilib ki, prezidentə ünvanlanan müraciətə artıq 300 imza atılıb.

Aksiyada Təhsil naziri Misir Mərdanovun şəkilləri yandırılıb. Bundan sonra aksiyanın bitdiyi elan olunub.

Səhər saat 10 radələrində İmam Hüseyn meydanında Çevik Polis Alayının maşını gözə dəysə də, bir neçə dəfə dövrə vurandan sonra ərazini tərk edib.

Aksiya zamanı ərazidə polis görünməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG