Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:28

Verilişlər / Kontekst

Azərbaycan mətbuatı bir jurnalistini də itirdi

İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib
x
İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu xəstəxanada vəfat edib. Bir gün əvvəl səhər saatlarında onun vəziyyəti pisləşib. Daxili qanaxma ilə 1 saylı xəstəxanaya aparılıb və dərhal da reanimasiyaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qanaxmanı dayandırmaq mümkün olmayıb.

1 saylı xəstəxananın reanimotoloqu Şöhrət Verdiyevin sözlərinə görə, İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib.

Bayandurlu qara ciyərin sirrozu, Hepatit C, qida borusu venalarının genişlənməsindən əziyyət çəkirmiş. Sonuncu dəfə onunla görüşən və jurnalistin qardaşıyla birlikdə onu təcili yardım maşınında xəstəxanaya aparan dostu, «Demokrat» qəzetinin redaktoru Mustafa Hacıbəylinin dediyinə görə, elə yoldaykən İbrahim Bayandurlunun vəziyyəti çox ağır imiş.

«Biz həkimlərdən dəfələrlə soruşduq ki, bəlkə cərrahi müdaxiləyə ehtiyac var, bəlkə hansısa başqa xəstəxanaya aparmaq lazımdır. Dedilər ki, yox ilk növbədə daxili qanaxmanı kəsmək üçün əlləşirik, bundan sonra nə isə etmək mümkündür».

ÖLÜM EV NÖVBƏSİNDƏN ƏVVƏL GƏLDİ

Mustafa Hacıbəyli deyir ki, vəziyyətinin ağır olmasına baxmayaraq o, xəstəxanaya getmək istəmirmiş.

İbrahim Bayandurlu martın 16-da dəfn olundu
«İbrahim ölmək istəmirdi, onun böyük planları var idi. O həm «Zerkalo» qəzetində işləyirdi, həm bizim «Demokrat» qəzetində məsləhətçi kimi, ekspert kimi bizə kömək edirdi. Bundan başqa AzadlıqRadiosunda yenicə işləməyə başlamışdı. Radiodakı işindən çox razı idi. Deyirdi mən radioda həm istədiyimi yaza bilirəm, həm də orda gözəl bir atmosfer var. Gələcək üçün çox gözəl planları var idi».

Mustafa Hacıbəyli deyir ki, son bir il ərzində jurnalistin vəziyyəti bir neçə dəfə pisləşibmiş.

İbrahim Bayandurlu Qarabağ müharibəsində də iştirak edib, 1992-ci ildə başından ağır yaralanıb. Bir müddət Almaniyada müalicə olunub. İkinci qrup əlil olan jurnalist uzun müddət idi kirayədə yaşayırdı.

İbrahim Bayandurlu müharibə əlili kimi ev növbəsində imiş və mart ayında ona ev veriləcəyi gözlənilirmiş.

Mərhum jurnalistdən ata itkisini o qədər də anlamayan dörd yaşlı qızı Turan yadigar qalıb.

«MƏN ONU TANIYANDA BAPBALACA UŞAQ İDİ»

«Yeni Nəsil» jurnalistlər birliyinin sədri Arif Əliyev deyir İbrahimi lap uşaqlığından tanıyır:

İbrahim Bayandurlu
«Mən onu tanıyanda o bapbalaca uşaq idi. 1989-90-cı illər idi. Son dövrlərdə olduğu qədər çox hərəkətli, yaşına uyğun olmayan tərzdə enerjili, 90-cı il 20 yanvar hadisələrindən sonra o, bizim jurnalist qrupunun ən fəal üzvlərindən biri idi. Çox balaca idi, bilmirəm onda onun 10-15 yaşı var idimi? Qrupun tərkibində onun Vilnusa səfəri yadımdadır. Mən onu o vaxtlardan tanıyırdım. Olduqca bacarıqlı, savadlı və enerjili bir jurnalist idi».

ÖLÜMÜNDƏN 6 GÜN ƏVVƏL...


AzadlıqRadiosunun Azərbaycan redaksiyası ilə əməkdaşlığa yenicə başlayan İbrahim Bayandurlu böyük oxucu marağına səbəb yazılar, müsahibələr hazırlayıb.

AzadlıqRadiosuna gələndən sonra onun ilk müsahibəsi «Solidarnost» Rusiya demokratik hərəkatının yaradıcılarından biri Hari Kasparovla, son müsahibəsi isə hazırda Londonda mühacirətdə yaşayan Rusiya oliqarxı Boris Berezovski ilə olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Idrak Haradan: Abbasov
18.03.2010 00:50
Allah Ibrahime rehmet elesin! Men onunla ish yoldashi olmusham, amma dost olmamishiq, hetta sagliginda 1-2 defe toqqushmusuq da(elbette ki shexsi meselelere gore deyil), amma menim yadimdan bir meqam chixmir - oten ilin sonlarinda ayagimda qeribe bir shish chixmishdi ve indi de bu tam sagalmayib o yegane insan oldu ki mene komek teklif edirdi. Menim Moskvaya mualiceye getmeyimi tekid edirdi. "Polad muellim menim bratimdir, ondan xahish edecem, ne lazimdirsa edecek" - deye hemishe tekrarlayirdi. Axirinci defe ise bu teklifi texminen 10 gun budan evvel ele Azadliq radiosunun redksiyasinda mene etdi. Allah ezizlerine ve dogmalarina sebr versin! Herchend ki, onun ozunun daha chox mualiceye ehtiyaci vardi! Allah sene rehmet elesin!
Cavab

Kimdən: hikmet ibrahimoqlu kenger Haradan: Avstriya
18.03.2010 17:19
Xeberi eshitdikde cox sarsildim. bir nece gün bash saaliqi yazmaqa elim gelmedi. Ibrahimin ölümüne inanmaq istemirem. O, menim tanidiqim en sherefli, namuslu milliyetci-vetenperver genc ziyalilarimizdan biri idi. Yeri nurla dolsun Allah bizlere sebir versin. Bashimiz saq olsun. Ibrahim sen hemishe bizimle olacaqsan.

Kimdən: Canpolad Haradan: amerikadan
17.03.2010 21:50
Butun soydashlarimizin adindan,Allahdan rehmet dileyirik.Ailesine ve butun milletimize bash sagligi veririk. Allah rehmet eylesin.

Kimdən: Эльчин Абдуллаев Haradan: Moskva
17.03.2010 15:16
ALLAH RƏHMƏT ETSİN, QƏBRİ NURLA DOLSUN. Özü cox nurlu oğlan idi.
Mən onunla axırıcı dəfə Moskva şəhərində azərbaycan səfirliyində görüsdüm. Mənimlə öz fikirlərini bölüşdürdü. Çox savadlı jurnalist idi. Belə jurnalistlər çox az olur. Mən onu itirməyimizə çox heyfslenirem.

Kimdən: Xeyal Haradan: Baki
17.03.2010 12:48
Allah rehmet etsin.Bu xeber mani cox sarsiltdi.
Hepatit C sagalmaz xestelikdir,yavas-yavas insani oldurur.Ona qarsi helelik hec bir vaksin yoxdur.

Kimdən: a.
17.03.2010 11:27
ALLAH REHMET ELESIN, AILESINE SEBR DILEYIREM...

Kimdən: Zahir Haradan: Buradan
17.03.2010 09:37
Onunla cemi bir defe gorusmusdum amma hemin gorusden ve yazilarindan hiss eleye bilirdim ki, edaletli ve haqqi mudafie eleyen adam idi...Allah rehmet elesin! Amin!

Kimdən: Selcan Haradan: Baki
16.03.2010 23:08
Allah rehmet elesin, Ibrahim beyin vaxtsiz olumu hamimizi chox sarsitdi...

Kimdən: Yurdsevər
16.03.2010 20:08
Земля пухом, Ибрагим!