Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Seçki gecəsi Trumpla bərabər marixuana islahatı da keçib


Tibbi marixuana bitkisi

Tibbi marixuana bitkisi

İndən belə tibbi marixuana Kolumbiya Dairəsi (paytaxt) də daxil, ABŞ-ın 25 ştatında qanuni sayılır.

Çərşənbə axşamı – noyabrın 8-də Kaliforniya, Massaçusets və Nevada sakinləri həm də müalicəvi marixuana təşəbbüslərini dəstəklədilər. Bir neçə başqa ştatda da tibbi marixuana ilə bağlı müddəalar qəbul olundu. Bu, 2012-ci ildə başlanmış marixuana islahatının ən böyük qələbəsidir.

Buna da bax:​ 1 tondan çox narkotik məhv edilib

“Qadağa sürətlə sonuna yaxınlaşır”

İslahat tərəfdarları çox razıdırlar. "Bu, marixuana islahatı hərəkatının önəmli qələbəsidir. Kaliforniyanın indiki liderliyi ilə bütün ölkədə marixuanaya qoyulan qadağanın ömrü hər gün qısalmaqdadır", - Narkotik Siyasəti Alyansının icraçı direktoru Ethan Nadelmann belə deyir.

ABŞ əhalisinin 12 faizi Kaliforniyada yaşayır. Ştatda iqtisadiyyatın həcmi və marixuana sənayesinə iqtisadi təsir nəzərə alınsa, Kaliforniyanın marixuanadan istifadəni leqallaşdırması federal hökuməti də tərpədə və onillərlə mövcud olmuş bu qadağaya yenidən baxmağa sövq edə bilər.

Ancaq Trump-ın Ağ Evdə olması yaxın 4 ildə marixuana islahatının taleyini qeyri-müəyyən vəziyyətdə saxlaya və yeni gələn administrasiya əldə olunanları asanlıqla geri götürə bilər.

Buna da bax: Yarım ton heroin müsadirə olunub

Bu da var ki…

Marixuananın leqallaşdırılmasının əleyhdarları son nəticələrdən elə də razı qalmayıblar.

Floridada seçicilərin 71 faizi müalicəvi marixuananın qanuniləşdirilməsinə səs verib. İki il əvvəl bu ştatda marixuana islahatı ilə bağlı tədbirləri seçicilərin 58 faizi dəstəkləmişdi. O zaman leqallaşdırma hərəkatı Las Veqaslı kazino maqnatı Sheldon Adelson-un çoxmilyonluq maliyyə dəstəyi sayəsində elə də irəliləməmişdi. 2014-cü ildə Adelson bu tədbirlərin önünü kəsməyə Floridada 5,5 milyon, bu ilsə 1,5 milyon dollar xərcləyib. Üstəlik, digər ştatlarda müalicəvi marixuana ilə bağlı müddəaların qəbul olunmasının önlənməsinə də bir neçə milyon dollar sərf edib.

Buna da bax: "Tutulan narkotik 1-dirsə, ümumi dövriyyə 6-7-dir"

Florida ən liberal marixuana qanunlarına sahib ştatdır

Floridada qəbul edilmiş yeni qaydalar nəticəsində ştat bütün ölkədə ən liberal marixuana qanunlarına sahibdir. Burada həkimlər HIV, xərçəng, posttravmatik stres sindromu kimi hallar da daxil, bir sıra xəstəliklərdə marixuanadan istifadəni tövsiyə edə bilərlər. Düzdür, yeni müddəalar marixuananın yalnız ağır xəstəliklərə tövsiyə oluna biləcəyini şərtləndirir.

Tibbi marixuana artıq Kolumbiya Dairəsi (paytaxt) də daxil, ölkənin 25 ştatında qanuni sayılır.

Şərhləri göstər

XS
SM
MD
LG