Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

-

Azərbaycanda 2015-ci ildə 1 tondan artıq müxtəlif növ narkotik vasitə məhv edilib.

Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun hazırladığı illik məruzədə bilgi verilir.

Trend-in xəbərinə görə, 698 kq marixuana, 240 kq tiryək və 80 kq heroin mehv edilib.

Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3187 fakt aşkarlanıb.

Aşkar olunan faktlar əsasən satış məqsədi olmadan narkotik vasitələri qanunsuz əldə etmə ilə bağlıdır.

Narkotik vasitələrlə bağlı cinayətlər üzrə məsuliyyətə cəlb olunanların sayı 2500-dən artıqdır. Onlardan 52 nəfəri qadınlardır. Həmçinin 18 yaşa çatmamış 7 nəfər narkotik cinayətlərinə görə, məsuliyyətə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG