Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

"Tutulan narkotik 1-dirsə, ümumi dövriyyə 6-7-dir"


narkotik
narkotik

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Əfqanıstan Gömrük Departamentinin baş direktoru Əhməd Rəşad Popalı ilə görüşdə deyib ki, Azərbaycanda təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə - heroinin aşkarlanıb, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərilib.

Bu, indi tutulanin statistikasıdır. Hələ nə qədəri də tutulmur. 1 ton 100 kq heroin çox ciddi miqyasdan xəbər vermirmi? Bu hara daşınır? Azərbaycanın özündə nə qədəri qalır?

Başqa xəbər. Sentyabrın 19-da DİN xəbər verdi ki, Ağcabədi sakininin həyətində 18 kq marixuana aşkarlanıb...

Azərbaycana və Azərbaycandan daşınan narkotiklər problemi.

“BÖYÜK MİQDARDA NARKOTİKLƏR HƏLƏ DƏ TRANZİTLƏ KEÇMƏKDƏDİR”

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirir ki, Azərbaycanda hüquq –mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında sistematik işlər həyata keçirilsə də, bunlar tam yetərli deyil:

“Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər narkotik vasitələrin qeyri-qanuni dövriyyədən çıxarılması çox böyük təqdirəlayiq haldır. Bu ən azından narkotiklərin qara bazarda insanlara çatdırılmasının qabağının alınması üçün çox böyük töhfədir.

Digər tərəfdən region kifayət qədər mürəkkəb bir regiondur. Xüsusilə də son vaxtlar istər Şərqi Avropada, istər ərəb ölkələrində, istər ümumiyyətlə Azərbaycana yaxın sərhədlərdə vəziyyətin dəyişməsi, gərginliyin artması narkokuryerlərə də müəyyən mənada dırnaqarası qapı açır. Və onlar da çox məharətlə qarışıqlıqdan istifadə edərək qeyri-qanuni yollarla narkotik keçirməyə cəhd göstərirlər. Bunun qarşısının alınmasında göstərilən cəhd təqdirəlayiqdir.

Lakin digər tərəfdən bir şeyi nəzərə almaq lazımdır ki, bütün dünyada narkotiklərin dövriyyəsinin qarşısının alınması cəmi 20-30 faiz nisbətindədir. Yəni bu beynəlxalq ekspertlərin gəldiyi qənaətdir ki, istər qara bazarda, istərsə də qeyri-qanuni dövriyyədə mövcud olan narkotiklərin yığışdırılması ən yaxşı halda cəmi 30-40 faiz civarında dəyişir. Yerdə qalan 50 faizdın artıq narkotik təəssüflər olsun ki, dövriyyədə qalmaqdadır.

Azərbaycanda da baxmayaraq ki, hüquq –mühafizə orqanları tərəfindən birmənalı olaraq narkotiklərin qeyri-qanuni dövriyyəsində çox ardıcıl, sistematik işlər həyata keçirilir. Amma bu da qeyd olunmalıdır ki, bu gün Azərbaycanda da böyük miqdarda narkotiklər hələ də tranzit vasitə olaraq keçməkdədir. Və düşünürəm ki, daha əlavə tədbirlər həyata keçirilməlidir...”(Ətraflı audioda...)

Məzahir Əfəndiyev: "50 faizdən çox narkotik dövriyyədə qalmaqdadır"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00
Direct-ə keçid

“ƏSAS TRANZİT XƏTLƏRİNDƏN BİRİ AZƏRBAYCANDAN KEÇİR”

Siyasi ekspert Arzu Nağıyev düşünür ki, saxlanılan narkotiklər daha çox tranzit daşımalara aiddir. Və belə hal ilk dəfə deyil:

“Düşünürəm ki, bunlar hamısı tranzit daşımalarına aiddir. 1 ton 100 kq narkotikin Azərbaycan ərazisinə keçməsi birinci hal deyil. Bunların saxlanması çox müsbət haldır. Əsas tranzit daşımalarının tranzit yollarının biri məhz Azərbaycandan keçir. Bu yol Əfqanıstan-İran-Azərbaycan- Gürcüstan-Avropa yoludur. Eyni zamanda Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa və digər istiqamətdə olan yollar da var. ”(Ətraflı audioda...)

Arzu Nağıyev: "saxlanan narkotiklər tranzitə aiddir"
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

“AŞKAR OLUNAN NARKOTİKLƏR ÜMUMİ DÖVRİYYƏNİN 12-15 FAİZİ QƏDƏRDİR”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun keçmiş rəhbəri Araz Əliquliyev isə deyir ki, tək heroinlə məsələ bitmir. Ölkəyə digər narkotik vasitələr həm daxil olur, həm də ölkə içində yetişdirilir:

Avropa Birliyinin qanunsuz dövriyyə ilə bağlı apardığı tədqiqatlar nəticəsində aşkar olunan narkotiklər ümumi dövriyyənin 12-15 faizi qədərdir. Yəni 15 faiz ümumi dövriyyənin tutulan hissəsidir. Bu baxımdan hesablayın ki, aşkar edilmiş narkotiklər bu qədərdirsə, ümumi dövriyyə nə qədərdir.

Tranzit məsələsinə gəldikdə, hansı nəqliyyat vasitəsi ilə kimlər tərəfindən, hansı formada daşınması qiymətləndirilir. Ondan sonra bilmək olar ki bu tranzitdir yoxsa, Azərbaycana gətirilən maldır. Tranzit nəqliyyatda, konteynerlərdə digər ölkəyə yönəlmiş malların içərisində aşkarlanırsa tranzit kimi qiymətləndirilir. Yox fiziki şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə sərhəddi keçirilirsə faktiki daxili bazara hesablanmış narkotik vasitə kimi qiymətləndirilməlidir. 1 tondan yuxarı heroin ciddi məsləsdir, ancaq tək heroinlə məsələ bitmir. Narkotik maddələr çoxdur...”(Ətraflı audioda...)

Araz Əliquliyev: "aşkar olunan narkotik ümumi dövriyyənin 12-15 faizidir"
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG