Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:07

-

Bu ilin birinci rübündə narkotiklərlə mübarizə sahəsində çalışan qurumlar 860 fakt aşkarlayıb. Aşkarlanan faktlardan 226-ı satış, 613-ü isə narkotik vasitələrin əldə edilməsi, saxlanması ilə bağlıdır.

Xəbəri APA Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatına istinadən yayıb. Hesabatda qeyd edilib ki, birinci rübdə 226 kiloqramdan çox marixuana, 93 kiloqram tiryək, 496 kiloqram heroin müsadirə edilib.

İlk rübdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlərin sayısa 441 nəfər olub. Onlardan 4 nəfəri İran, Türkmənistan və Qazaxıstan vətəndaşları olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG