Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32
Ales Mixaleviç Belarusda Seçki Günü - dekabrın 19-da «Avropanın sonuncu diktatoru» kimi tanınan prezident Aleksandr Lukaşenkoya rəqib 9 namizəddən biri kimi oyandı. 24 saat keçəndən, seçkinin saxtalaşdırılmasına etiraz edənlərə qarşı hakimiyyətin zorakı davranışından sonra Mixaleviç həbsxanaya düşdü – o biri namizədlər və 700 etirazçı ilə birlikdə...

Bu təzyiqlər Minskə qarşı beynəlxalq ittihamlara və Brüsseldən, Vaşinqtondan sanksiyalara yol açdı.

İndi 35 yaşlı Mixaleviç evindən yüzlərlə km uzaqda - Çexiyadadır. Ona martın 24-də bu ölkədə siyasi sığınacaq verilib. O, AzadlıqRadiosuna bildirib ki, Avropada təhlükəsizliyindən yararlanıb öz enerjisini Lukaşenko rejiminə qarşı mübarizəyə həsr edəcək:

«Bir hüquqşünas kimi mən bütün beynəlxalq hüquqi mexanizmlərdən istifadə etmək istərdim. Burda təkcə siyasi məhbusluqdan söhbət getmir. Bu, Avropa Birliyinin sərhədindəki işgəncələr barədədir. Öz biliklərimdən və təcrübəmdən istifadə etməklə bu işgəncəni dayandırmaq və Belarusda siyasi məhbusun olmamasını təmin etmək istəyirəm».

Mixaleviç fevralın 19-da həbsdən azad edilib, amma o, əvvəlcə keçmiş KQB, indiki Dövlət Təhlükəsizliyi Komitəsi ilə əməkdaşlıq edəcəyi haqda razılaşma imzalayıb.

«Mən onların AzadlıqRadiosuna dedikləri kimi, «KQB AGENTİ» OLSAYDIM, DOSTLARIMIN GÖZLƏRİNƏ BAXMAQDAN QORXARDIM»,-
Minskdə müxalifətin aksiyası. 20 dekabr 2010
o, AzadlıqRadiosuna müsahibəsində deyir. «Mən əməkdaşlıqla bağlı sənədi imzaladım. Bilirdim ki, təcili mətbuat konfransı çağırıb niyə belə bir sənədi imzaladığımı izah edə bilərəm».

Mixaleviç jurnalistlərə deyib ki, təcridxanadakı vəziyyət həbs düşərgəsini xatırladır. Mühafizəçilər onu çılpaq şəkildə soyuq havada dayanmağa məcbur ediblər, yatmağa qoymayıblar, ağzına kimi dolu zirzəmidə saxlayıblar və vəkilin iştirakı olmadan onu istintaq ediblər.

Mixaleviç indi beynəlxalq hüquq qrupları ilə işləməyi planlaşdırır:

«Hakimiyyət özü də mənim kimi pis vəziyyətdə idi. Onlar məni həbsxanada saxlasa idilər, pis ictimai vəziyyət yarana bilərdi. Mən Belarusda qalsaydım, bu, lap pis ola bilərdi, çünki mənim mətbuat konfransında danışacağım işgəncələrlə bağlı ciddi təhqiqat aparmalı idilər. Bu, faktdır ki, mənim ölkəni tərk etməyim də pisdir, çünki mən indi beynəlxalq təşkilatlarla, hüquqşünaslarla, BMT-nin işgəncələrlə mübarizə komitəsi ilə işləyirəm».

Mixaleviç AzadlıqRadiosuna danışıb ki, Belarus hakimiyyəti ona ölkəni tərk etməyi qadağan edib. O deyir ki, DOSTU ONU RUSİYAYA, ORDAN DA UKRAYNAYA APARIB. Sərhədləri keçən zaman isə pasportların yoxlanması vaxtı köhnə pasportundan istifadə edib. Ukraynada o, bir neçə səfirliklərə müraciət edib, Çexiya səfirliyi ona viza verməyə
Müxalifətçilərin qohumları həbsxananın qarşısında. Minsk
razılaşıb.

Keçmiş prezidentliyə namizəd deyir ki, o, Minskə mümkün qədər tez qayıtmaq niyyətindədir. Onun ailəsi - arvadı və iki qızı da yanına gəlib.

«BelaPAN» agentliyi xəbər verir ki, Belarus prokurorluğu Çexiya Respublikasına Mixaleviçi qaytarmaq üçün sorğu göndərəcək.

Eyni zamanda, Minskdə prezidentliyə keçmiş namizədlər - Andrey Sannikov və Nikolay Statkeviç hələ də həbsxanadadır. Vladimir Neklyayev isə ev dustağıdır.

40-dan çox aksiyaçı ictimai asayişi pozmaqda ittiham edilirlər və bir neçəsi artıq dörd illik müddətinə həbs olunub.

Mixaleviç deyir ki, repressiyalar artdıqca, LUKAŞENKO QEYRİ-İRADİ MÜXALIFƏTƏ KÖMƏK EDİR:

«Fikirləşirəm ki, Lukaşenko indi müxalifətin birləşməsi üçün çox kömək edir. Başqasına qarşı birləşmək həmişə asandır. Mən çox yumşaq namizəd idim, Lukaşenkonu tənqid etmirdim. Sadəcə, demişdim ki, mənim müxtəlif proqramım var. İndiki hökumət bir çox suallara cavab vermir, amma hökumət şübhəsiz ki, keçmişdə yaxşı işlər görüb. Hətta hökumətlə işləməyə hazır olan adamlar da mənim kimi olublar, hökumətə radikal münasibət bəsləyirlər. Fikirləşirəm ki, dekabrın 19-da, kütləvi həbslərdən sonra birləşmə ehtimalı artıb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG