Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:36

Belarusun 6 yaşlı varisi? (Fotosessiya)


Onun 6 yaşı var. O, Roma Papası ilə görüşüb.
Ölkə qoşunlarına baxış keçirib. Bu vaxt Rusiya prezidentinin bağışladığı və qızıl suyuna çəkilmiş tapancasını hamıya göstərməyə çalışırdı.

O, bunları ona görə edə bilir ki, atası prezidentdir. Özü də atası “sıravi” prezident deyil. Belarus prezidenti Lukaşenkodur.

Mikalay Lukaşenko və yaxud hamının onu tanıdığı kimi Kolya Lukaşenko televiziyadan düşmür. Atası Aleksandr Lukaşenko haradadırsa, orda mütləq yanında Kolya Lukaşenkodur.

Keçən dekabrda prezident seçkilərində Lukaşenko səs verməyə gedəndə yanında yenə oğlu idi və 6 yaşlı uşaq onu inandırırdı ki, atası özünə səs versin.

Lukaşenko deyir: “Biz səsvermə otağına girəndə o, səs bülletenini götürüb oxumağa başladı və dedi ki, ata, burda sənin adın var. Mən soruşdum ki, “sən kimə səs verərdin?” O dedi ki, “sən özünə səs verməlisən”. Mən ömrümdə birinci dəfə özümə səs verdim”.

“PREZİDENT BÖYÜK OĞULLARINDAN QORXUR”

56 yaşlı Lukaşenkonun başqa iki oğlu da var- Viktor və Dmitri. Ancaq onlar onun birinci arvadındandır.

6 yaşlı Kolyanın anası isə Lukaşenkonun indiki xanımıdır və prezidentin keçmiş həkimidir.
Belarusun siyasi təhlilçisi Vladimir Padol deyir ki, Kolyanın anası Lukaşenkonun yeganə, həqiqi məhəbbətidir.

Padol: “Lukaşenko çox tənhadır. Dəhşətli dərəcədə tənhadır. O hamıdan məsafə saxlayır, çünki hamıdan qorxur. O heç kimə inanmır. Hətta öz böyük oğullarına rəqib kimi baxır. O qorxur ki, birdən oğulları onu hakimiyyətdən yıxar. Kolya onun tənhalığına bir növ kompensasiyadır. O, Kolyaya inanır, Kolyanı sevir. Kolyanın 6 yaşı var, Kolya ona təhlükə deyil”.

Lukaşenko Ermənistan prezidenti ilə təkbətək görüşəndə Kolya onun yanında idi.
Rusiya prezidenti Medvedev Kolyaya qızıl suyuna çəkilmiş tapança bağışlayanda Lukaşenko oğluna dedi ki, “prezident əmiyə sağ ol de”.

MÜXALİFƏTÇİNİN 3 YAŞLI OĞLUNU İSƏ TUTMAQ İSTƏYİRDİ

Kolyanın mümkün varisliyi haqda Lukaşenkoya sual verəndə o, təəcüblə baxır. Ancaq Belarusda Kolyanın prezidentlik perspektivlərini ciddi qarşılayırlar.

Lukaşenkonun yeni bioqrafiyasını yazmış Valeri Karbaleviç deyir ki, müşavirləri Lukaşenkoya məsləhət görürlər ki, oğlunu tez-tez göstərməsin. Müşavirlərinin fikrincə, Kolya prezidentin reytinqinə daha çox mənfi təsir göstərir, nəinki müsbət.

Ancaq bu məsələhətlər Lukaşenkoya təsir etmir.

Birdən elə bilərlər ki, Lukaşenkonun Kolyaya münasibəti onun bütün uşaqlara məhəbbətindən irəli gəlir. Əksinə, Lukaşenko hökuməti prezidentliyə namizəd Andrey Sannikovu və onun xanımı İrina Xalipi tutanda onların 3 yaşlı oğlunu da tutacağı ilə hədələyirdi.

KOLYA – QALXAN

Kolyanın hər tədbirdə öz atası ilə belə yanaşı olması təkcə Belarusa yox, onun özünə də problemdir. Bu fikir Floridadakı uşaq psixoloqu Sondra Smith-Adcockundur. O deyir ki, Lukaşenko öz oğlunun da uşaqlığını əlindən alır, onun təcrid edir.
Bu da gələcəkdə Kolyada problemlər yarada bilər.

Smith-Adcockun fikrincə, Lukaşenkonun Kolyanı yanına salıb gəzdirməsinin isə bir səbəbi var – Prezident özünə mənfi münasibəti bilir və Kolyadan qalxan kimi istifadə etmək istəyir. Psixoloq deyir ki, o, şəkillərə baxanda özünü qorumaq üçün uşaqdan istifadə edəni görür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG