Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

Lukaşenko etirazçılara qarşı ordudan istifadə edərmiş


Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hərbi rəhbəri ilə söhbətində bildirib ki, dekabrda etirazlar nəticəsində nəzarət itirilsəydi, etirazçılara qarşı ordunu işə salmağa tərəddüd etməzdi. Dekabrın 19-da keçirilən etiraz aksiyalarında polis yüzlərlə aksiyaçını, o cümlədən, müxalifətdən olan namizədləri həbs edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay bu gün Belarus hakimiyyətini müxalifətçiləri incitməkdə tənqid edib.

Pillay deyib ki, "siyasi rəqiblərin həbsinin davam etməsi, mülki cəmiyyətə, müstəqil mətbuata qarşı təzyiqlər insan hüquqlarına ciddi zorakılıqdır".
XS
SM
MD
LG