Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

KQB ilə müxalifətçi bir mənzildə


Lukaşenko oğlu Kolya ilə birlikdə prezidentin andiçmə mərasiminə gəlir
Lukaşenko oğlu Kolya ilə birlikdə prezidentin andiçmə mərasiminə gəlir
Müxalifətçi ilə KQB zabiti bir mənzildə yaşaya bilərmi?
Ola bilər, əgər ölkənin adı Belarusdursa.

Belarusda prezident Lukaşenkonun iki qatı tənqidçisi “azadlığa” buraxıldı.
Prezident seçkilərindən sonra kütləvi qarışıqlıq salmaqda ittiham olunan prezidentliyə namizəd Vladimir Neklyayevin və jurnalist İrina Xalipin həbsxana dustaqlığı ev dustaqlığına əvəz olundu.

Bu qərarı verən prezident Lukaşenkodur, ancaq o buna özünəməxsus şəkildə şərt qoyub:
hər iki müxalifətçiyə göz qoymalı KQB zabitləri evin kənarında yox, içərisində olmalıdırlar.

Neklyayevin xanımı Volha Neklyayeva deyir ki, KQB zabitləri ilə birlikdə yaşamağa öyrəşmək çox çətindir:
“Onlar qonşu otaqdadırlar. Qapı açıqdır. Ev dustaqlığına keçməyin şərti KQB zabitlərinin evin içində olması idi. Neklyayev razılıq verməli idi ki, bu şərtə razıdır.”

Neklyayev və Xalip həbsxanadan dörd gün bundan qabaq buraxılıblar. Onlar həbsin uzunluğu baxımından ən ağır maddələrdən biri ilə ittiham olunurdular. Belarusda kütləvi iğtişaş salmaq ittihamı ilə 15 iləcən həbs almaq olar.

KOMPÜTERƏ BAXMAQ OLMAZ !

Ev dustaqlığının şərtlərində deyilir ki, KQB zabitləri Neklyayevin və Xalipin mənzilində qərarlaşmalıdırlar ki, dustaqların evi tərk etmədiyinə, telefonla danışmadığına, kompüterdən istifadə etmədiyinə, qonaqlarla görüşmədiyinə əmin olsunlar.

Müxalifətçilər ev dustaqlığında indiyə kimi görünməmiş bir qadağa ilə də üzləşiblər- onlar birbaşa tibbi yardım ala bilməzlər, daha doğrusu həkimlə təmasda ola bilməzlər.

Volha Neklyayeva bu şərti belə izah edir :
“Həkimlər ərimin yanına gələ bilməzlər. Bizə deyilib ki, həkimlə yalnız mən danışa bilərəm. Ərimin vəziyyətini həkimə mən izah edə bilərəm. Həkim də mənə dərmanları yaza bilər və izah edə bilər ki, ərim bu dərmanları necə qəbul etsin”.

64 yaşlı Neklyayevin yüksək qan təzyiqi var. Dekabrın 19-dakı nümayişlərdə qəddarlıqla döyüləndən sonra onun səhhəti çox pis vəziyyətdədir.
Döyüləndən sonra xəstəxanaya düşən Neklyayevi xəstəxanadakı yatağından birbaşa həbsxanaya apardılar.

KQB-YƏ ÇAY

Belarus hakimiyyətinə çox mənfi münasibətinə baxmayaraq Neklyayeva evindəki KQB zabitlərinə qarşı getmək fikrində deyil.
Əksinə, o, o çay içəndə, KQB zabitlərinə də çay verir.

Ancaq Neklyayeva deyir ki, evində yad və sənə göz qoyan adamlarla birlikdə yaşamaq dözülməzdir:

“Ən çox istəmədiyim şey qarşıdurmanın evimin içinə gətirilməsidir. Mən istəyirəm ki, ərim evimizdə sakit, stressiz şəraitdə yaşasın”.

Xalipin atası da qızının mənzilindəki KQB zabitləri ilə mübahisə etməkdən uzaqdır.
O deyir ki, zabitlər öz vəzfiələrini yerinə yetirirlər.

Neklyayeva ərinə Belarusdakı son hadisələr haqda həmişə məlumat versə də, Xalipin atası, əksinə, çalışır ki, siyasi mövzulara toxunulmasın:
“Mən qızımla görüşə və danışa bilərəm. Ancaq siyasətə toxunmuruq ki, vəziyyəti qəlizləşdirməyək”.

İrina Xalipin əri Andrey Sannikov da Lukaşenko əleyhinə mitinqə görə tutulub. O hələ də həbsxanadadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG