Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:45

Lukaşenko ilə xoşluqla danışmaq olmur


Qərb azadlıq uğrunda mübarizədə sona qədər Belarus müxalifətinin yanında olacaq və bu yolda ümidi itirmək lazım deyil. ABŞ konqresində Belarus rejiminin ən sərt tənqidçilərindən biri kimi tanınan Senator Joseph Liberman AzadllıqRadiosuna belə deyir.

Joseph Liberman senator John Kerry ilə birgə «The Washington Post» qəzetində yazdığı fikilərə aydınlıq gətirir. Yazıda senatorlar təklif edirdilər ki, Belarus rejimi ilə mübarizədə artıq yeni yollara əl atmağın vaxtı gəlib-çatıb.

«Senator Kerry və mən belə bir nəticəyə gəldik ki, ABŞ və Avropa Birliyinin son illər ərzində Lukaşenko rejimiylə apardığı siyasət süqut edib. Uğursuzluğa düçar olub, özü də pis. Bunu Lukaşenkonun son davranlşıarlndan da görmək olar. Odur ki, ABŞ və Avropa Birliyi açıq-aşkar Lukaşenkoya göstərməldirlər ki, onun avtokratik hakimiyyətini artıq qəbul etmirlər. İkincisi isə, istər iqtisadi, istərsə də siyasi sanksiyalarla Lukaşenko və ətrafındakı adamları davranışlarının dəyişməyə məcbur etmək üçün nə tələb olunursa etmək lazımdır. Biz həmçinin Belarus müxalifətinə və vətəndaş cəmiyyətinə maddi və texniki dəsstəyi də artırmalıyıq».

Senator bu baxımdan Avropa Birliyi və ABŞ-ın Belarusa qarşı son sanksiyaları və açıqlamalarını önəmli sayır. Bu sanksiyaların arasında Belarus rəsmilərinə qarşı viza qadağası əsas yer tuturdu, amma iqtisadi sanksiyalara əla atılmadı. Və Belarus müxalifəti də bunu Avropa Birliyinin satqınlığı kimi qarşıladı.

Liberman deyir ki, «əslində bu doğrudan da narahatlıq doğuran məsələdir. Və ABŞ rəsmiləri və konqressmenləri Avropa Birliyi nümayəndələri ilə görüşlərdə bu məsələni gündəmə gətirəcəklər».

Libermanın sözlərinə görə, əslində bu onlar üçün sürpriz olmayıb, sadəcə növbəti məyusluq olub. Buna görə də, Münhen Konfransında çalışacaqlar ki Avropa Birliyi rəsmilərini inandırsınlar ki, iqtisadi sanksiyalarsız Lukaşenkoya təzyiq etməyin yeri yoxdur. Çünki qazandığı pullar rejimə ayaqda qalmağa imkan verir.

Amerikalı senator Lukaşenkonun Moskvaylıa Qərb arasında balanslaşdırılmış siyasət adıyla oynadığı oyunun da sonu gəldiyini bildirib.

«Biz bilirik ki, Lukaşenkonun strategiyası Rusiya və Qərbin rəqabətinə oynamaqdan ibarətdir. Odur ki, nə Vaşinqtonun, nə Brüsselin, nə də Moskvanın maraqlarına uyğun deyil ki, Lukaşenkoya sakitcə oyuna davam etməyə bağışlasınlar. Odur ki, mən ümid edirəm ki, biz – 3 güc mərkəzləri – ABŞ, Avropa Birliyivə Rusiya Lukaşenkoyla bağlı vahid bir yanaşma tapa biləcəyik».

Ancaq, senator Liberman onu da deyir ki, ABŞ-da düşünürlər ki, Belarusun taleyini xarici dövlətlər yox, xalq özü, azad və ədalətli seçkilər vasitəsiylə həll etməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG