Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Bu gün, noyabrın 29-u Bakıda «Bakutel 2016» 22-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı başlayıb.

Prezident İlham Əliyev sərgi və konfrans iştirakçılarına məktub ünvanlayıb.

Məktubun mətnin AZƏRTAC yayıb.

Məktubda qeyd edilir ki, bu sərgi Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilib.

Prezidentin yazdığına görə, davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib: ««Azerspace–1» və «Azersky» peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin ediblər. Eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu var. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz «Azerspace–2»nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq».

Builki sərgiyə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər qatılıblar.

«Bakutel» sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının bəzi iştirakçılarını öz platformasında bir araya toplayır.

Sərgi dekabrın 2-nə kimi davam etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG