Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

«Azadlıq» qəzetinin bölgə müxbiri Ziya Əsədli noyabrın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıb. Saat 19 radələrində sərbəst buraxılıb.

Azadliq.info-nun xəbərinə görə, onu BŞBPİ-də bölgə müxbiri kimi göstərdiyi fəaliyyət, Facebook statusları və baş redaktoru Qənimət Zahidlə şəxsi əlaqələri barədə sorğu-suala tutublar.

Z.Əsədli Biləsuvar rayonunda yaşayır.

«Azadlıq» qəzeti hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda bölgə müxbirinin polisə aparılıb şəxsi və ictimai fəaliyyəti ilə bağlı sorğu-sual edilməsini qətiyyətlə pisləyir. Bunu azad sözə basqının daha bir əlaməti kimi qiymətləndirir.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG