Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Astara rayonunun 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun Vənəşəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Yolun təqribən 7 metrədək sürüşərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırdığı bildirilir.

Tikintisinə 6.7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu ötən ilin aprelində istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.

Son günlər intensiv yağan yağışlardan Muğanlı-İsmayıllı, Quba-Xınalıq, Quba-Qəçrəş yolunda və Ağsu aşırımında da sürüşmə baş verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG